Mahmud Məmməd-Quliyev Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşüb
Bu gün xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefortla görüş keçirib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli yolları və Avropa İttifaqının münaqişənin həllinə verə biləcəyi töhfə barədə fikir mübadiləsi aparılıb.
Filip Lefort Dağlıq Qarabağın Azərbaycanlı İcmasının üzvləri ilə də görüş keçirib.

641