Qənirə Paşayeva Sultan Qazi və Tovuz bələdiyyələrinin qardaşlaşmasına çalışacaq
05 sentyabr 2011 16:49 (UTC +04:00)

Qənirə Paşayeva Sultan Qazi və Tovuz bələdiyyələrinin qardaşlaşmasına çalışacaq

Türkiyədə səfərdə olan millət vəkil Qənirə Paşayeva İstanbulun Sultan Qazi Bələdiyyəsinin başqan yardımçısı Nurgün Güngörənlə görüşüb.

Lent.az-ın verdiyi məlumata görə, Nurgun Güngörən Sultan Qazi bələdiyyəsinin fəaliyyəti, gələcək planları barədə millət vəkilinə məlumat verib.

O, təmsil etdiyi bələdiyyənin türksoylu ölkə bələdiyyələri ilə yaxın münasibətlər qurmaq istəyində olduğunu qeyd edərək və ilk növbədə Azərbaycan bələdiyyələri ilə işbirliyində maraqlı olduqlarını bildirib.

Qənirə Paşayeva Sultan Qazi Bələdiyyəsinin bir çox sahələrdə əldə etdikləri yaxşı təcrübənin qardaş ölkə bələdiyyələrində yayılmasının faydalı olacağını söyləyib. O, parlamentdə təmsil etdiyi bölgənin bələdiyyəsi ilə Sultan Qazinin qardaşlaşmış bələdiyyə olması üçün çalışacağını da vəd edib. Qənirə Paşayeva Azərbaycanın dövlətinin xalqlarımızın istək və arzusuna xidmət edən fəaliyyətlərə həmişə dəstək verdiyini vurğulayıb.

Sonra bələdiyyənin Ramazan və Zəfər Bayramı münasibəti ilə təşkil etdiyi izdihamlı bayram mərasimə qatılan Qənirə Paşayeva minlərlə insanın qatıldığı şöləndə çıxış edərək, Azərbaycan xalqının səmimi bayram təbriklərini çatdırıb. Ulu öndər Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, ulu öndər Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” tarixi kəlamlarını xatırladan Qənirə Paşayeva iki qardaş ölkə arasındakı bugünkü və gələcək münasibətlərin də məhz bu istiqamətdə davam edəcəyini bildirib.

Millət vəkili öz çıxışında müstəqilliklərinin 20 illiyini qeyd edən türksoylu ölkələrlə işbirliyinin bu günü və sabahı, ölkəmizin tarixi, Dağlıq Qarabağ həqiqətləri, Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlaması, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz yurd-yuvalarına dönməsinə imkan verməməsi barədə məlumatlar verib. O, vəkili Azərbaycanın bir qarış da torpağından vaz keçməyəcəyini və hansı yolla olursa-olsun, azad edəcəyini vurğulayıb: “İnşallah, gələn Ramazan və Zəfər bayramını Ermənistanın işğalından azad edəcəyimiz Dağlıq Qarabağımızda keçirək ”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1055

Oxşar yazılar