Hidayət Orucov AŞPA nümayəndəsi ilə görüşüb - FOTO
05 sentyabr 2011 16:34 (UTC +04:00)

Hidayət Orucov AŞPA nümayəndəsi ilə görüşüb - FOTO

Komitənin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, dövlət komitəsinin sədri AŞPA nümayəndəsini salamlayaraq bildirib ki, Azərbaycanda vətəndaşların dini etiqad azadlığı, insanların inanclarına hörmət və dövlət qayğısı onun sosial siyasət konsepsiyasında əsas yerlərdən birini tutur. H.Orucov deyib ki, təxminən bir neçə ay öncə on illiyi qeyd edilmiş Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi çoxmillətli və müxtəlif konfessiyalı Azərbaycanda dövlət-din münasibətlərini ədalətli və demokratik qanunlar əsasında tənzimləmək gerçəkliyindən, ölkədə vətəndaş cəmiyyətinin inkişafına töhfə verə biləcək dinlərarası dialoqa dəstək olmaq zərurətindən yaranıb. Məqsəd vətəndaş cəmiyyəti quruculuğu prosesində dini qurumlarla yerli və mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətinin əlaqələndirilməsində fəal iştirak etməkdən ibarətdir.

Kristos Pirqurides səmimi qəbul üçün Dövlət Komitəsinin sədrinə minnətdarlığını bildirərək deyib ki, Azərbaycanda milli-dini dözümlülük mühiti Avropa ictimaiyyəti tərəfindən qəbul olunmuş faktdır. Tolerantlığın dövlət siyasəti olduğu belə bir ölkəyə səfər etmək xoşdur. Komitə sədri Kristos Pirqurides xüsusi olaraq vurğulamışdır ki, “Azərbaycanda vicdan azadlığı və tolerantlıq ancaq Konstitusiya və digər qanunlarla deyil, həm də milli-dini dəyərlərlə qorunur.

Görüşdə insan hüquqları sahəsində əməkdaşlıqla bağlı tərəfləri maraqlandıran digər məsələlər barədə də fikir mübadilələri aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 583

Oxşar yazılar