Qənirə Paşayeva İstanbulda Qırğızıstanın dövlət müstəqilliyinin 20 illiyi ilə bağlı tədbirdə iştirak edib
Millət vəkili Qənirə Paşayeva Qırğızıstanın dövlət müstəqilliyinin bərpasının 20 illiyi ilə bağlı bu ölkənin İstanbul Baş Konsulluğunun düzənlədiyi təntənəli tədbirdə iştirak edib.
Lent.az-ın verdiyi məlumata görə, Azərbaycan Milli Məclisinin üzvünün tədbirdə iştirakından məmnun olduğunu deyən Qırğızıstanın İstanbul Baş konsulu Mirlan Arstanbayev dövlət müstəqilliklərini bərpa etmiş türksoylu respublikaların bir-birinin sevincinə şərik olmasının qürur verici fakt olduğunu söyləyib.
Qənirə Paşayeva təşkilatçıları əlamətdar yubiley münasibəti ilə təbrik edib. Qırğızıstandan gəlmiş nümayəndə heyətinin üzvləri, habelə yerli qırğız icmasının fəalları ilə görüşən Qənirə Paşayeva Azərbaycan-Qırğızıstan münasibətləri, Türk Dünyasında qarşılıqlı işbirliyinin perspektivləri barədə fikir mübadiləsi aparıb.
Tədbirdə iştirak edən Özbəkistan Respublikasının İstanbul Baş Konsulu Qulyamov Abror ilə də görüşən millət vəkili onu Özbəkistan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyi münasibəti ilə təbrik edib. Qənirə Paşayeva Özbəkistanın istər BMT, istərsə də digər beynəlxalq təşkilatlar səviyyəsində həmişə Azərbaycanın haqlı mövqeyini müdafiə etməsindən məmnunluqla söz açıb. O, iki qardaş ölkə arasında münasibətlərin hər iki ölkə rəhbərinin səyləri ilə getdikcə daha dərin məzmun almasından danışıb və hər kəsin bu işbirliyinə öz töhfəsini verməli olduğunu vurğulayıb.

487