Səfir İlqar Muxtarov Kolumbiya prezidentinə etimadnamələrini təqdim edib - FOTO
05 sentyabr 2011 11:46 (UTC +04:00)

Səfir İlqar Muxtarov Kolumbiya prezidentinə etimadnamələrini təqdim edib - FOTO

Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarov eyni zamanda Azərbaycanın Kolumbiya Respublikasında səfiri təyin edilməsi ilə əlaqədar etimadnamələrini Kolumbiya prezidenti Xuan Manuel Santosa təqdim edib.

Azərbaycanın Meksikadakı səfirliyindən Lent.az-a verilən məlumata görə, İlqar Muxtarov Azərbaycan Respublikası prezidenti İlham Əliyevin təbrikini Xuan Manuel Santosa salamlarını çatdırıb.

Görüşdə iki ölkə arasında münasibətlərin inkişaf perspektivləri, o cümlədən enerji sahəsində əməkdaşlıq imkanları, mövcud siyasi əlaqələrin genişləndirilməsinə dair qarşılıqlı maraq kəsb edən məsələlər müzakirə edilib. İlqar Muxtarov Azərbaycanın tarixi, mədəniyyəti, ölkəmizin iqtisadi potensialı, habelə Ermənistanın Azərbaycana qarşı təcavüzü və münaqişənin həlli istiqamətində davam edən danışıqlar prosesi haqda Kolumbiya prezidentinə məlumat verib.

İlqar Muxtarov etimadnamələrin surətini Kolumbiya Xarici İşlər Nazirliyinin rəhbərliyinə də təqdim edib. O, səfər çərçivəsində Kolumbiya Xarici İşlər Nazirliyi, Senat üzvləri, Mədənçıxarma və Enerji Nazirliyi, Nəqliyyat Nazirliyi, Kommersiya Nazirliyi və Diplomatik Akademiyanın rəhbərləri və rəsmiləri ilə işgüzar görüşlər keçirib. Keçirilmiş görüşlər zamanı yaxın gələcəkdə iki ölkə rəsmilərinin yüksək səviyyəli səfərləri, Azərbaycan və Kolumbiya arasında geniş spektrdə əlaqələrin inkişaf perspektivləri, o cümlədən mövcud uğurlu siyasi əməkdaşlığın davam etdirilməsi, iqtisadi-ticarət, qarşılıqlı investisiya qoyuluşları, mədəniyyət və təhsil sahələrində əməkdaşlıq, habelə iki ölkə arasında müqavilə-hüquq bazasının genişləndirilməsi məsələləri ətrafında müzakirələr aparılıb. İlqar Muxtarov Kolumbiyanın bir sıra kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşüb və müsahibələr verib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 752

Oxşar yazılar