Lətif Hüseynov Rusiya hüquq-mühafizə orqanlarının rəhbərliyi ilə görüşüb
04 sentyabr 2011 22:14 (UTC +04:00)

Lətif Hüseynov Rusiya hüquq-mühafizə orqanlarının rəhbərliyi ilə görüşüb

İşgəncənin qarşısının alınması üzrə Avropa Komitəsinin sədri Lətif Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti Moskva və Yessentuki şəhərlərində Rusiyanın bir sıra yüksək vəzifəli şəxsləri ilə görüşlər keçirib.

APA-nın xəbərinə görə, Rusiya baş nazirinin müavini, Rusiya Prezidentinin Şimali Qafqaz Federal Dairəsindəki səlahiyyətli nümayəndəsi Aleksandr Xloponinlə, Rusiyanın daxili işlət naziri Rəşid Nurqaliyevlə və Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkinlə keçirilən görüşlərdə İşgəncənin qarşısının alınması üzrə Avropa Komitəsinin bu ilin aprel-may aylarında Dağıstan, Çeçenistan və Şimali Osetiya respublikalarına etdiyi monitorinq səfərinin yekunları ətraflı müzakirə olunub.

Hüquq mühafizə orqanlarının fəaliyyəti, işgəncə və pis rəftarla bağlı cinayət işləri üzrə araşdırmaların vəziyyəti aparılan danışıqların əsas müzakirə mövzusu olub.

Bu barədə APA-ya məlumat verən Lətif Hüseynov görüşlərin səmimi və konstruktiv keçdiyini, nümayəndə heyətinin qaldırdığı məsələlərin həlli ilə bağlı hər üç respublikanın hüquq-mühafizə orqanlarının rəhbərlərinə konkret tapşırıqların verildiyini bildirib.

Görüşlərdə Rusiya hakimiyyət orqanları ilə Komitə arasında əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyi vurğulanıb.

Qeyd edək ki, Lətif Hüseynov hazırda 46 üzvü olan İşgəncənin qarşısının alınması üzrə Avropa Komitəsinin sədri vəzifəsinə bu ilin martında seçilib. Komitə Avropa Şurasının ən mühüm qurumlarından biridir və işgəncə ilə mübarizə sahəsində dünyanın ən nüfuzlu beynəlxalq təsisatları sırasındadır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 512

Oxşar yazılar