Artur Rasizadədən Sərkisyana sərt cavab
“Bu gün yubiley iclası ilə bağlı heç kimin kefini pozmaq istəməzdim, amma Ermənistan prezidentinin Dağlıq Qarabağda situasiyaya dair çıxışı məni buna məcbur edir”. APA-nın məlumatına görə, bu fikirləri Azərbaycanın baş naziri Artur Rasizadə Düşənbədə MDB Dövlət Başçıları Şurasının iclasında çıxışında deyib.
Baş nazir iclasda iki dəfə çıxış edib, buna səbəb ilk çıxışından sonra Ermənistan prezidenti Serj Sərkisyanın verdiyi bəyanat olub. Sərkisyan çıxışında Dağlıq Qarabağın 20 il bundan əvvəl müstəqilliyini elan etdiyini bildirib. O deyib ki, Dağlıq Qarabağ xalqı öz müqəddəratını təyinetmə hüququndan tam əsasla istifadə edib və özünün müstəqil yaşamaq hüququnu qanı bahasına əldə edib.
Buna cavab olaraq söz alan Azərbaycanın baş naziri Artur Rasizadə Ermənistan baş nazirinin sərt tənqid edib: “Düşünürəm ki, bu toplantıda iştirak edənlərin əksəriyyəti Dağlıq Qarabağ problemi ilə az-çox tanışdır və ümidvaram ki, bu çıxış Dağlıq Qarabağ probleminin mahiyyətindən xəbərdar olmayanlara yönəlib, ya da daxili siyasətdə istifadə üçün nəzərdə tutulub. Çıxışa diqqətlə qulaq asanda düşündüm ki, bəlkə elə dövlət başçılarının toplantısında Dağlıq Qarabağın müstəqilliyinə səs verək? Onda ATƏT-in Minsk Qrupu, digər təşəbbüslər nəyə lazımdır? Məsələnin mahiyyəti ondan ibarətdir ki, bir tərəf – MDB üzvü olan dövlət digər tərəfə təcavüz edib, onun ərazilərinin 20 faizini işğal edib, nəticədə 1 milyondan çox qaçqın və məcburi köçkün yaranıb. Bu faciə haqqında çox danışa bilərəm, amma yuxarıda qeyd etdiyim səbəblərdən bunu etmək istəmirəm. Hesab edirəm ki, Ermənistan bir daha bu ağır və həlli uzadılmış münaqişənin nizamlanması məsələsində növbəti dəfə qeyri-konstruktiv mövqe nümayiş etdirmiş olub. Azərbaycan münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində, sülh yolu ilə və ədalətli şəkildə həllinə ümid edərək bundan sonra da ATƏT-in Minsk Qrupunun apardığı prosesdə aktiv iştirak edəcək və digər təşəbbüsləri dəstəkləyəcək”.

579