“Eurovizion”la bağlı viza rejiminin sadələşdirilməsi gündəmdə deyil”
03 sentyabr 2011 14:48 (UTC +04:00)

“Eurovizion”la bağlı viza rejiminin sadələşdirilməsi gündəmdə deyil”

Azərbaycanda qəbul olunmuş viza rejimi dünyada qəbul olunmuş standartlara və prosedurlara əsaslanır”. APA-nın məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-da nümayəndə heyəti Səməd Seyidov deyib.

Onun sözlərinə görə, ölkədə miqrasiya xidməti fəaliyyət göstərir: “Ona görə, mən hesab etmirəm ki, bununla bağlı hər hansı problem var. “Eurovizion” müsabiqəsi Almaniyada keçiriləndə Almaniya öz viza rejimini dəyişdirməyib. Sadəcə, qonaqlara, gələn insanlara daha çox diqqət, yüksək münasibət göstərmək müsabiqəni qəbul hər bir ölkənin borcudur. Azərbaycanda isə bu qonaqpərvərlik tarixi bir adət-ənənədir. Ona görə də hesab edirəm ki, bununla bağlı hər hansı problem olmayacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 506

Oxşar yazılar