Səməd Seyidov: “Avropa Şurası dərk etməlidir ki...”
03 sentyabr 2011 14:30 (UTC +04:00)

Səməd Seyidov: “Avropa Şurası dərk etməlidir ki...”

Hesab eləyirəm ki, Avropa Şurası yavaş-yavaş dərk etməlidir ki, Azərbaycan 10 il bundan qabaq Şuraya yeni üzv olan ölkə deyil. Azərbaycan çox güclü beynəlxalq münasibətlərə malik olan ölkədir. Azərbaycan bu ölkədə gedən müxtəlif proseslərlə hesablaşmağa müxtəlif beynəlxalq təşkilatları, o cümlədən Avropa Şurasını məcbur etməlidir”. APA-nın məlumatına görə, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.
O deyib ki, Avropa Şurası Azərbaycanda gedən məsələlərin Avropa dəyərlərinə uyğun olduğunu görür: “Biz öz fikrimizi ortaya qoymuşuq. Yalnız Azərbaycanla bağlı bu məsələni tətbiq etmək qeyri-obyektivdir. İnsan haqları ilə bağlı biz əməkdaşlıq etmişik, edirik və bundan sonra da yüksək səviyyədə edəcəyik. Oktyabr sessiyasında da komitələr səviyyəsində biz bu məsələni qaldıracağıq. Azərbaycanın sözü eşidiləcək və nəzərə alınacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 446

Oxşar yazılar