AŞPA rəsmisi: “Yaxın vaxtlarda Azərbaycan dünyanın ən demokratik dövlətlərindən birinə çevriləcək”
Parlamentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, brifinqi Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu açaraq bildirib ki, qonaq ölkəmizdə səfərdə olduğu günlər ərzində bir sıra görüşlər keçirib. O, keçirdiyi görüşlər və müşahidələri barədə fikirlərini jurnalistlərlə bölüşmək istəyir.
Azərbaycana ilk dəfə 5 il əvvəl gəldiyini bəyan edən Kristos Pirqurides qeyd edib ki, budəfəki səfərində tamamilə fərqli Azərbaycanla rastlaşıb. Qonaq ölkə prezidenti İlham Əliyevlə keçirdiyi görüşdə söylədiyi bir fikri təkrarlayıb: “5 il bundan əvvəlki səfərimdə Azərbaycanda demokratiya qatarı sanki torpaq üzərində idi. Mən həmin səfərimdən sonrakı hesabatımda burada gördüyüm bəzi məqamları tənqidlə qarşılamışdım. Amma bu dəfə ölkənizdə demokratiya qatarı artıq dəmir relslər üzərindədir. Bu gün Azərbaycanda demokratiya sahəsində xeyli işlər görülüb, böyük irəliləyişlər mövcuddur. Bu sürətlə gedərsə, yaxın vaxtlarda Azərbaycan dünyanın ən demokratik dövlətlərindən birinə çevriləcək ki, bu da bizi çox sevindirir”.
Ölkəmizin Avropa Şurası ilə qarşılıqlı əlaqələrini yüksələn xətlə inkişaf etdirdiyini bildirən qonaq insan hüquq və azadlıqlarının təmin edilməsi sahəsində mühüm işlər görüldüyündən söhbət açıb. Sonra Kristos Pirqurides Ermənistan-Azərbaycan münaqişəsinin həlli yolları barədə fikirlərini bildirib: “Ermənistanın Azərbaycana təzyiqi, Dağlıq Qarabağı və onun ətrafındakı 7 rayonu işğal altında saxlaması həm yerli, həm də beynəlxalq qanunların norma və prinsiplərinə ziddir. Bu torpaqlar dərhal işğaldan azad edilməli, Azərbaycana qaytarılmalıdır. Təkcə Avropa Şurasına üzv olan ölkələr deyil, bütün demokratik ölkələr bu yöndə Ermənistanın təzyiqlərini pisləməli, bu ölkəyə Azərbaycan torpaqlarını işğaldan azad etməsi ilə bağlı mesajlarını verməlidirlər. Ancaq bu yolla bölgədə sülh və əmin-amanlıq təmin olunar”.
Sonra qonaq Azərbaycana gəldiyi və burada baş verən uğurlu reallıqları öz gözləri ilə gördüyü üçün Milli Məclisin deputatı, AŞPA-da onun rəhbərlik etdiyi komitənin üzvü Elxan Süleymanova dəvəti üçün xüsusi minnətdarlığını ifadə edib.
FaceBookda Paylas Twitter da Paylas Google da Paylas MySpace de Paylas

Oxşar yazılar

Azərbaycan hərbi təyyarələrinin İranla sərhəddə uçuşlar etməsi TƏKZİB OLUNDU
13 iyun 2025 , 14:33
"Siqaret qaçaqmalçılığı şəbəkəsi aşkarlanıb..." - Qüdrət Həsənquliyev
13 iyun 2025 , 13:43
İsrail və İrana getmək istəyən azərbaycanlılara MÜRACİƏT
13 iyun 2025 , 12:00
İşğal altında olmuş ərazilərdə mina basdırılması ilə bağlı YENİ FAKTLAR
12 iyun 2025 , 21:06
"Naxçıvan" TV-nin sədri işdən çıxarıldı
12 iyun 2025 , 19:38
Ümummilli üsyan: Trampın ad günündə ABŞ və dünyada “Krallara yox” mitinqləri keçiriləcək
12 iyun 2025 , 14:48
Vardanyanın məhkəməsində zərərçəkmişlər ifadə verdilər
10 iyun 2025 , 20:45