Azərbaycan Abxaziyadakı seçkiləri tanımadı
02 sentyabr 2011 18:53 (UTC +04:00)

Azərbaycan Abxaziyadakı seçkiləri tanımadı

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin avqust 26-da Abxaziyada keçirilmiş qondarma prezident seçkiləri ilə bağlı bəyanat yayıb. Nazirliyin mətbuat xidmətindən Lent.az-a daxil olunan bəyanatda Azərbaycanın Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyi bildirilir:

“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini qəti şəkildə dəstəklədiyini bir daha bildirərək, Abxaziyada 26 avqust 2011-ci il tarixində keçirilmiş qondarma prezident seçkilərini tanımadığını bəyan edir. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Cenevrə Müzakirələrini tam dəstəkləyir və münaqişənin həlli istiqamətində hazırkı nizamlama prosesinin konstruktiv şəkildə davam etdirilməsinin vacibliyinə inanır”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 615

Oxşar yazılar