İctimai Komitənin üzvləri AŞPA rəsmiləri ilə görüşüb
01 sentyabr 2011 19:25 (UTC +04:00)

İctimai Komitənin üzvləri AŞPA rəsmiləri ilə görüşüb

0
Bu gün Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Hüquq məsələləri və insan hüquqları komitəsinin sədri Kristos Pirqurides və komitənin üzvü Elza Papadimitrio Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmətə Nəzarət üzrə İctimai Komitənin üzvləri ilə görüşüblər.

İctimai Komitədən Lent.az-a verilən məlumata görə, görüş zamanı İctimai Komitənin koordinatoru Əliməmməd Nuriyev İctimai Komitənin fəaliyyəti, həyata keçirdiyi tədbirlər barədə məlumat verib.

İctimai Komitənin üzvləri Sahib Məmmədov, Zəlihə Tahirova, Nazir Quliyev və Elmari Məmişov çıxış edərək, penitensiar sistemdə həyata keçirilən islahatlar, mövcud problemlər, çətinliklər barədə danışıblar. Qeyd olunub ki, İctimai Komitənin mandatı yalnız cəzaçəkmə müəssisələrinə ictimai nəzarətlə məhdudlaşır. İctimai Komitənin digər strukturların tabeliyində olan bir sıra təcridxana və müvəqqəti saxlanma yerlərində ictimai nəzarəti həyata keçirməyə mandatı yoxdur. Bu isə saxlanılan və təqsirləndirilən şəxslərin hüquq və azadlıqlarının qorunması istiqamətində ictimai nəzarətin tam dolğunluqla həyata keçirilməsi imkanlarını azaldır. İctimai Komitənin fəaliyyətini yalnız öz imkanları hesabına həyata keçirdiyi də qonaqların diqqətinə çatdırılıb.

Görüş zamanı siyasi məhbus məsələsi də müzakirə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 569

Oxşar yazılar