Elxan Süleymanov Strasburqda səfərdə olub
01 sentyabr 2011 14:53 (UTC +04:00)

Elxan Süleymanov Strasburqda səfərdə olub

Milli Məclisin deputatı, AVRONEST Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, Avropa Şurası Parlament Assambleyasının üzvü, Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Elxan Süleymanov 26-28 avqustda Belçikada səfərdə olub. Lent.az-ın məlumatına görə, o, Belçika-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri cənab Blanşarla görüşüb.

Səfər zamanı cənab Blanşarın meri olduğu Thuin şəhərində Azərbaycanın böyük şairi M.Ə.Sabirin anadan olmasının 150 illiyi münasibəti ilə heykəlinin qoyulması üçün yer müəyyən edilib və Sabir gününün qeyd olunması ilə bağlı tədbirlər planı müzakirə edilib.

Bundan əlavə, E.Süleymanov 29-31 avqustda Kiyev şəhərində də səfərdə olub. O, Şərq Tərəfdaşlığı ölkələrinin AVRONEST PA-da nümayəndə heyətlərinin rəhbərlərinin qeyri-formal görüşündə iştirak edib. Görüşdə Ukrayna və Azərbaycanla yanaşı Gürcüstan, Moldova və Ermənistan nümayəndə heyətlərinin rəhbərləri də iştirak edib. Kiyevdə keçirilən görüşün əsas məqsədi AVRONEST PA-nın 14-15 sentyabr tarixdə Strasburqda keçiriləcək ilk sessiyasına hazırlıq məqsədi daşıyıb. Görüş zamanı sessiyada qəbul ediləcək sənədlər müzakirə edilib. Səfər zamanı qonaqları Ukrayna Ali Radasının sədri cənab Vladimir Litvin qəbul edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 933

Oxşar yazılar