ATƏT-in Minsk Qrupu Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü hazırlayır
31 avqust 2011 16:21 (UTC +04:00)

ATƏT-in Minsk Qrupu Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü hazırlayır

0
APA-nın Ermənistanda nəşr olunan “Aykakan Jamanak” qəzetinə istinadən verdiyi məlumata görə, vasitəçilər prezidentlər İlham Əliyev və Serj Sarkisyan arasında görüşü BMT-nin 66-cı sessiyasının sentyabrın 13-də keçiriləcək açılışı çərçivəsində təşkil etməyi nəzərdə tutur.

Qəzetin yazdığına görə, beynəlxalq diplomatik dairələrdə bu görüşü Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün sonuncu şans hesab edirlər. Çünki sentyabr ayında Ermənistanda gərgin siyasi proseslər gözlənilir.

Bundan başqa, yaxın gələcəkdə həmsədr ölkələrdə (Rusiya, Fransa, ABŞ) seçkilər keçirilməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 601

Oxşar yazılar