Prezident İlham Əliyev ATƏT-in Bakı ofisinin yeni rəhbərini qəbul edib - FOTO
0
0
Dövlət başçısı Koray Tarqayı ATƏT-in Bakı ofisinin rəhbəri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Prezident İlham Əliyev ATƏT-in Bakı ofisinin keçmiş rəhbəri Bilge Cankorelin Azərbaycandakı fəaliyyəti dövründə ATƏT-in Bakı ofisi ilə ölkəmizin müvafiq qurumları arasında əlaqələrin inkişafından məmnunluğunu bildirib.
ATƏT-in Bakı ofisinin yeni rəhbəri Koray Tarqay təmsil etdiyi təşkilat ilə Azərbaycan arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi işində səylərini əsirgəməyəcəyini vurğulayıb.
Görüşdə Azərbaycan ilə ATƏT arasında əməkdaşlığın hazırkı vəziyyətinə və perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.