Azərbaycan-Türkiyə Strateji Əməkdaşlıq Şurası payızda toplanacaq
30 avqust 2011 20:12 (UTC +04:00)

Azərbaycan-Türkiyə Strateji Əməkdaşlıq Şurası payızda toplanacaq

0
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, bu barədə jurnalistlərə Türkiyənin ölkəmizdəki səfiri Hulusi Kılıç məlumat verib.

Ramazan bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edən Hulusi Kılıç bildirib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra iki ölkə arasında hərbi sahədə əməkdaşlıq gündən-günə genişlənir. Getdikcə güclənən Azərbaycan ordusu bölgənin ən güclü ordularından birinə çevrilib.

Azərbaycan və Türkiyə arasında imzalanacaq qaz sazişləri ilə bağlı suala cavab verən H. Kılıç bu məsələdə hər iki tərəfin mütəxəssisləri tərəfindən texniki məsələlərin müzakirə olunduğunu diqqətə çatdırıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 626

Oxşar yazılar