Qəhrəmanlar unudulmur - Milli Qəhrəman Rövşən Əliyev
30 avqust 2012 10:00 (UTC +04:00)

Qəhrəmanlar unudulmur - Milli Qəhrəman Rövşən Əliyev

Lent.az da bu təşəbbüsə qoşulur və Milli Qəhrəmanların doğum günlərində onlar haqqında məlumatları dərc edir.

Qəhrəmanlar unudulmur!

30 avqust Milli Qəhrəman Rövşən Əliyevin doğum günündür. Rövşən Nəriman oğlu Əliyev 1972-ci il avqustun 30-da Bakı şəhərində anadan olub. O, 1991-ci ilin mayında könüllü olaraq cəbhəyə gedib, Ağdamda yaradılmış ilk hərbi batalyonlardan birinin tərkibində Sırxavənd, Qazançı, Muğanlı, Şıxbabalı, Abdal-Gülablı, Dəhraz və digər kəndlər uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla vuruşub, Abdal-Gülablı, Ağbulaq-Dəhraz əməliyyatlarında xüsusilə fərqlənib, 1992-ci il iyunun 14-də Dəhraz kəndi uğrunda növbəti döyüşdə əvvəlcə döyüş yoldaşlarının mühasirədən çıxmasına şərait yaradıb, sonra isə komandirini xilas edərkən başından aldığı güllə yarasından həlak olub.

Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Bakıdakı 254 saylı orta məktəb onun adını daşıyır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1429

Oxşar yazılar