Azərbaycana Somali təşəkkürü
0
0
Ərəb Dövlətləri Liqasının baş katibi N. Əl-Ərəbi Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarova təşəkkür məktubu göndərib.
XİN-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, baş katib Somalidə yaşanan humanitar böhranın qarşısının alınması üçün Azərbaycan tərəfindən ayrılmış 100 000 ABŞ dolları məbləğində yardıma görə XİN-ə təşəkkür məktubu ünvanlayıb.
Məktubda Somalidəki müsəlman insanların çəkdikləri iztirabların yüngülləşdirilməsi üçün çevik və səxavətli maliyyə töfhəsinə görə Azərbaycan hökumətinə dərin minnətdarlıq bildirilir və bu addımın Ərəb dünyası ilə Azərbaycanı bağlayan tarixi əlaqələrin danılmaz təzahürü olduğunu qeyd edilir.