ABŞ-ın Bakıdakı səfirliyində iftar süfrəsi açılıb
27 avqust 2011 15:10 (UTC +04:00)

ABŞ-ın Bakıdakı səfirliyində iftar süfrəsi açılıb

0
Lent.az-ın məlumatına görə, mərasimdə çıxış edən səfir Metyu Brayza müqəddəs Qədr gecəsi günündə iftar süfrəsinin sahibi olmaqdan şərəf duyduğunu bildirib. Diplomatın sözlərinə görə, oruc haqqında müsəlmanlardan öyrənib: “Fiziki baxımdan çətin olsa da, sonradan bildim ki, əvvəl çətin olan oruc sonradan asanlaşır. Bu, insan həyatının ən gözəl anlarından biridir. Çünki insan Allahı öz gündəlik həyatına daxil edir. Mələklərin göydən yerə endiyi bu ayda dualar aydın eşidilir”.

Mərasimində Azərbaycandakı bütün dini konfessiyaların başçıları, bəzi ölkələrin səfirləri, habelə ABŞ səfirliyinin əməkdaşları iştirak edib.

Nailə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 707

Oxşar yazılar