Azərbaycan Almaniyaya nota verib
27 avqust 2011 13:28 (UTC +04:00)

Azərbaycan Almaniyaya nota verib

0
Azərbaycanın Almaniyadakı səfirliyi tərəfindən Ermənistanın bu növbəti fitnəkarlığının qarşısının alınması istiqamətində Almaniya Federativ Respublikasının (AFR) dövlət təşkilatları ilə, habelə federal torpaq səviyyəsində çoxşaxəli iş aparılmaqdadır.

APA-nın “AzərTAc” dövlət agentliyinə istinadın verdiyi məlumata görə, səfirlik tərəfindən AFR Xarici İşlər Nazirliyinə (XİN) artıq müvafiq etiraz notası təqdim edilib, məsələ ilə bağlı Azərbaycan Respublikasının mövqeyi bir daha bildirilib, alman ictimaiyyətinin aldadılmasına yönəlmiş və işğal altındakı Azərbaycan torpaqlarında mövcud olan işğalçı rejimin siyasi təbliğatının həyata keçirilməsi məqsədini güdən Ermənistanın bu fitnəkarlığının qarşısının alınması üçün müvafiq tədbirlərin görülməsi nazirlikdən xahiş edilib. AFR XİN cavabında məsələ ilə bağlı mövqeyində hər hansı dəyişikliyin olmadığını, AFR Federal Hökuməti tərəfindən Dağlıq Qarabağda mövcud rejimin və onun hər hansı nümayəndəsinin tanınmadığını bildirib.

Eyni zamanda, Baden-Vürttemberq federal torpağında, Ştutqart şəhərində yerləşən Azərbaycanın fəxri konsulluğu vasitəsilə də tədbirin qarşısının alınması istiqamətində müvafiq addımlar atılmaqdadır. Belə ki, Ştutqart şəhərinin baş meri Volfqanq Şusterin və birinci meri Mixail Fölün ünvanına Ştutqartdakı fəxri konsulluq vasitəsilə müvafiq etiraz və izahedici məktublar göndərilib, göstərilən fitnəkarlığın yolverilməz və qəbuledilməz olduğu bildirilib.

Bundan əlavə, Azərbaycanın Ştutqart şəhərindəki fəxri konsulu Ştutqart şəhərinin birinci meri ilə müvafiq görüş keçirib. Görüşdə Ermənistan tərəfindən “Ermənistan mədəniyyət günləri Ştutqart-2011” tədbirindən sui-istifadə edərək, işğal altındakı Azərbaycan ərazilərində mövcud olan separatçı rejimin siyasi təbliğatının həyata keçirilməsinə yönəlmiş həmin tədbirin keçirilməsinin qarşısının alınması tələb edilib.

Ermənilərin növbəti fitnəkarlığının qarşısının alınması istiqamətində səfirlik tərəfindən müvafiq addımların atılması davam etdirilir.

Bununla yanaşı, Almaniyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları və orada yaşayan həmvətənlərimiz tərəfindən də tədbirin qarşısının alınması üçün müvafiq etiraz aksiyaları həyata keçirilməkdədir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 610

Oxşar yazılar