ATƏT-in Bakı Ofisi həbs olunan müxalifətçilərlə bağlı bəyanat verdi
0
0
Qurumdan Lent.az-a daxil olan bəyanatda deyilir ki, ATƏT-in Bakı ofisi adı çəkilən şəxslərin məhkum olunmasından narahatlıq keçirir.
Bəyanatda deyilir ki, ATƏT-in Bakı Ofisi bu məhkəmə işini müşahidə edib və nəticədə qurumda prosesin şəffaflığına dair narahatlıq doğuran suallar yaranıb.
ATƏT-in Bakı ofisi adı keçən işə Apelyasiya Məhkəməsində hərtərəfli baxılacağına ümid edir.
Qurum Azərbaycanda məhkəmə islahatları və toplaşma azadlığı da daxil olmaqla, fundamental hüquq və azadlıqlarının tam həyata keçirilməsini dəstəkləmək üçün Azərbaycan Hökuməti ilə əməkdaşlığı davam etdirməyə hazır olduğunu bəyan edir.
Qeyd edək ki, Avqustun 25-da Səbayel Rayon Məhkəməsində Elnur Həsənov, Sahib Kərimov 2 il 6 ay, Elşən Həsənov 2 il, Babək Həsənov 1 il 6 ay, Zülfüqar Eyvazov 1 il 6 ay, Arif Alışlı 3 il, Elnur İsrəfilov 2 il 6 ay azadlıqdan məhrumetmə cəzası alıblar.