Misirdəki səfirimiz Afrika ölkələrinə yardım konfransında iştirak edib
27 avqust 2011 10:15 (UTC +04:00)

Misirdəki səfirimiz Afrika ölkələrinə yardım konfransında iştirak edib

0
Azərbaycanın Misirdəki səfirliyindən Lent.az-a daxil olan məlumata görə, konfransda ölkəmizi Afrika İttifaqı yanında Azərbaycanın nümayəndəsi statusunda Misirdəki səfirimiz Ş. Abdullayev təmsil edib.

Səfir Ş. Abdullayev Somalidə yaşanan böhrana Azərbaycanın 100 min dollar məbləğində töhfə verdiyini bildirib. Azərbaycanın töhfəsi və milyonlarla insanın həyatını təhlükə altına qoyan bu kəskin humanitar böhranın aradan qaldırılmasında Afrika dövlətləri ilə həmrəyliyi Afrika İttifaqının rəhbərliyi və konfrans iştirakçıları tərəfindən müsbət qarşılanıb.

Konfransda Afrika İttifaqına üzv dövlətlər, Afrika İttifaqı yanında tərəfdaş və müşahidəçi dövlətlər, BMT və onun ixtisaslaşmış strukturları, digər regional təşkilatların nümayəndələri və qeyri-hökumət təşkilatları, həmçinin, Afrikada fəaliyyət göstərən özəl şirkətlər iştirak ediblər.

Konfrans çərçivəsində Ş. Abdullayev Afrika İttifaqının rəhbərliyi, Keniya, Çad, Sudan, Cibuti, Zimbabve və Efiopiya nümayəndə heyətləri ilə görüşlər keçirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 573

Oxşar yazılar