Elmar Məmmədyarov bir sıra ölkələrin BMT yanında daimi nümayəndələrini qəbul edib
0
0
Avqustun 25-də Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Kamboca, Benin, Ekvatorial Qvineya, Mavriki, Namibiya, Sent Lusiya, Sent Vinsent və Qrenadin, Seyşel adaları, Syerra Leone, Şri Lanka, Yamayka və Zimbabvenin BMT yanında Daimi Nümayəndələrini qəbul edib.
XİN-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüş zamanı nazir Azərbaycanın enerji siyasəti, Avropa və dünya bazarının Azərbaycanın karbohidrogen ehtiyatları ilə təchiz edilməsi, qədim İpək Yolu üzərində qurulmuş nəqliyyat layihələri və Azərbaycanın bu layihələrdə iştirakı, Şərq və Qərbi birləşdirən Bakı-Tiflis-Qars dəmiryolu layihəsi və digər regional və beynəlxalq əhəmiyyətli layihələr haqqında qonaqları ətraflı məlumatlandırıb.
Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsi və onun son durumu barədə qonaqlara ətraflı məlumat verən E.Məmmədyarov münaqişənin həllində artıq beynəlxalq aləm tərəfindən status-kvonun saxlanılmasının qəbul olunmaz olduğunu qeyd edib. O, münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının mümkünlüyünü vurğulayıb.
Nazir səfirlərin bu səfər zamanı ölkəmizin potensialı ilə yaxından tanış olmağa fürsət əldə etdiklərini vurğulayaraq, onları Azərbaycanın 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyü üçün irəli sürdüyü namizədliyinin dəstəklənməsinə çağırıb.
Sonra E.Məmmədyarov qonaqlarla Azərbaycanda və regionda baş verən proseslərlə bağlı fikir mübadiləsi aparıb.