Elmar Məmmədyarov ATƏT-in Bakı ofisinin yeni rəhbərini qəbul etdi
25 avqust 2011 16:40 (UTC +04:00)

Elmar Məmmədyarov ATƏT-in Bakı ofisinin yeni rəhbərini qəbul etdi

0
Lent.az-ın XİN-in mətbuat xidmətinə istinadən xəbərinə görə, K.Tarqay Azərbaycana yeni səfir təyin olunmasından məmnun olduğunu bildirib. O, fəaliyyət dövründə rəhbərlik etdiyi təşkilatın Azərbaycanın Xarici İşlər Nazirliyi ilə sıx və səmərəli əlaqələr quracağını qeyd edib.

Öz növbəsində nazir E.Məmmədyarov K.Tarqayı təyinatı münasibəti ilə təbrik edib. Nazir ATƏT-in Bakı ofisi ilə daim sıx və səmərəli əlaqələrin olduğunu qeyd edərək, bu əməkdaşlığın daha da genişlənəcəyi və möhkəmlənəcəyinə ümidvar olduğunu bildirib.

E.Məmmədyarov ATƏT-in Bakı ofisinin rəhbərinə yeni iş yerində müvəffəqiyyətlər arzulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 621

Oxşar yazılar