Türkiyə səfirliyi “Zəfər bayramı” ziyafətini təxirə saldı
25 avqust 2011 13:41 (UTC +04:00)

Türkiyə səfirliyi “Zəfər bayramı” ziyafətini təxirə saldı

0
Bu barədə Lent.az-a Türkiyənin Azərbaycandakı Səfirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, ənənəvi olaraq hər il təşkil olunan tədbirin təxirə salınma səbəbi, son günlər Türkiyədə yaşanan qanlı terror hadisələridir.

Səfirliyin açıqlamasında deyilir ki, son günlərdə ard-arda gələn şəhid xəbərləri və artan terror hadisələri səbəbi ilə Azərbaycanda 1992-ci ildən bəri hər il keçirilən və 1000-ə yaxın qonağın iştirak etdiyi “30 Avqust Zəfər Bayramı” və “Türk Silahlı Qüvvələr Günü” ilə bağlı tədbir bu il keçirilməyəcək: “Bu hər şeydən əvvəl şəhidlərimizə və Türk millətinin mənəvi dəyərlərinə göstərilən sayğı, ehtiram və vəfadan irəli gəlir”.

Qeyd edək ki bu il 89-cu il dönümü tamam olan “30 Avqust Zəfər Bayramı” ilə bağlı nəzərdə tutulan bütün bayram tədbirləri ləvğ olunub. Məlum olduğu kimi, “30 Avqust Zəfər Bayramı” şanlı Türk ordusunun Qazi Mustafa Kamal Atatürkün komandanlığı altında 30 Avqust 1922-ci il Dumlupınarda, Anadolu torpaqlarını işğal etməyə çalışanlar üzərində qazandığı tarixi qələbənin şərəfinə Türkiyədə hər il rəsmi bayram günü olaraq qeyd olunur.

Onu da bildirək ki, avqustun 30-da saat 11:00-da Bakıdakı Türk Şəhidliyində “Çələng Qoyma Mərasimi” keçiriləcək. Həmçinin, Şəhidlər Xiyabanında uyuyan Azərbaycan şəhidlərinin xatirəsini yad etmək üçün “Əbədi Məşəl” abidəsinə də çələng qoyulaaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1217

Oxşar yazılar