Azərbaycan Gənclərinin Avro-Atlantika Təşkilatı BMT-nin İqtisadi və Sosial Şurasına üzv oldu
24 avqust 2011 16:07 (UTC +04:00)

Azərbaycan Gənclərinin Avro-Atlantika Təşkilatı BMT-nin İqtisadi və Sosial Şurasına üzv oldu

0
Bu haqda Lent.az-a Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova məlumat verib.

Onun sözlərinə görə, AGAAT bir sıra tələbə və gənc mütəxəssislər tərəfindən 2004-cü ildə təsis edilib. Bu qurum yarandığı ilk gündən Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, Azərbaycan gənclərinin Avro-Atlantik məkana inteqrasiyasına töhfə vermək və onları BMT, NATO, ATƏT, Avropa Birliyi, Avropa Şurası və digər beynəlxalq təşkilatların vəzifələri barədə məlumatlandırmaq kimi məqsədləri həyata keçirməklə məşğuldur.

Xüsusi məşvərətçi statusu AGAAT-ın 15 nümayəndəsinin BMT-nin Nyu-York, Cenevrə və Vyana şəhərlərində yerləşən mənzil qərargahlarında lobbist kimi qeydiyyata alınmaları, BMT-nin konfrans, sammit və digər görüşlərində iştirak etmələri üçün imkanlar yaradır ki, bu da Azərbaycan həqiqətlərinin daha sistematik şəkildə dünya ictimaiyyətinə çatdırmaq, Vətənimizin sosial, iqtisadi, mədəni həyatını və dinamik inkişafını əks etdirən tədbirləri təşkil etmək üçün geniş şərait yaradacaq.

Qeyd edək ki, AGAAT Azərbaycan gənclər təşkilatları arasında bu statusu fərdi qaydada əldə etmiş ilk təşkilatdır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 867

Oxşar yazılar