BDU rektoru yeni səfirlə görüşüb - FOTO
0
0
Universitetin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, səfirə məktəblə bağlı məlumat verən rektor, əsasən Yaponiya universitetləri ilə əməkdaşlıqdan bəhs edib. Bu ölkənin ali təhsil ocaqları, xüsusən də Qumma Universiteti ilə BDU-nun əməkdaşlığının olduğunu söyləyib. 2000-ci ildən Şərqşünaslıq fakültəsində Yapon dili və ədəbiyyatı ixtisasının fəaliyyət göstərməsindən, bu sahədə bakalavr və magistr hazırlanmasından, yapon dili üzrə elmi məktəbin formalaşmasından danışıb.
Səfirlə görüşün münasibətlərə yeni impuls olacağını vurğulayan rektor universitetlərarası əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.
Rektor Abel Məhərrəmovun fikirləri ilə həmrəy olan səfir Gürsel İsmayılzadə Prezident İlham Əliyevlə görüşündən danışıb və dövlət başçısının Yaponiya ilə bir çox sahələrdə münasibətlərin inkişafına, dostluq əlaqələrinin möhkəmləndirilməsinə verdiyi əhəmiyyətdən, o cümlədən Azərbaycandan Yaponiyaya tələbə göndərilməsində maraqlı olduğundan bəhs edib. Bu baxımdan G.İsmayılzadə gələcək fəaliyyətində bu məsələyə xüsusi diqqətin olacağını qeyd edib.
Qarşılıqlı maraq kəsb edən digər məsələlərin də müzakirə edildiyi görüşdə Beynəlxalq əlaqələr üzrə prorektor Şəlalə Məmmədova da iştirak edib.