Ayaz Mütəllibov sentyabrın 18-dən sonra gedəcək
24 avqust 2011 12:07 (UTC +04:00)

Ayaz Mütəllibov sentyabrın 18-dən sonra gedəcək

Bu barədə APA-ya ASDP-nin digər həmsədri Araz Əlizadə məlumat verib. Onun sözlərinə görə, sabiq prezident ys mərasimi başa çatdıqdan, yəni sentyabrın 18-dən sonra ölkəni tərk edəcək: “Məndə olan məlumata görə, həmin tarixdən sonra Ayaz müəllim getməlidir”.

A. Əlizadə hazırda A. Mütəllibovun Bakıda ailə üzvləri ilə birlikdə olduğunu deyib.

Xatırladaq ki, A. Mütəllibovun oğlu 49 yaşlı Azad Mütəllibov uzun çəkən xəstəlikdən sonra avqustun 8-də vəfat edib. Ayaz Mütəllibov oğlunun dəfnində iştirak etmək üçün həmin gün Moskva-Bakı reysi ilə Azərbaycana gəlib. Onun toxunulmazlığına Azərbaycan hökuməti səviyyəsində təminat verildiyi açıqlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 538

Oxşar yazılar