“BMT! Ya qətnamələrini yerinə yetir, ya da özünü burax”
0
0
Təşkilatdan mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, şəhidlərin məzarlarının üzərinə gül dəstələri qoyulub, dualar oxunub.
QAT sədri Akif Nağı ziyarət zamanı bildirib ki, beynəlxalq təşkilatlar işğalçı Ermənistana qarşı sanksiyalar tətbiq etməli və onu sülhə məcbur etməlidir.
QAT-ın bir qrup üzvü Şəhidlər Xiyabanını ziyarət etdikdən sonra BMT-nin Azərbaycandakı nümayəndəliyi qarşısında etiraz aksiyası keçiriblər. Aksiya iştirakçıları “İşğalçı Ermənistana qarşı sanksiyalar!”, “Terrorçu Sərkisyan beynəlxalq məhkəməyə!”, “İkili standartlara son qoyulsun!”, “BMT! Ya qətnamələrinin yerinə yetir, ya da özünü burax” tələbləri yazılmış plakatları qaldırıb, şüarlar səsləndirib.
QAT sədrinin müavini İlqar Əliyev aksiyanın bəyanatını BMT nümayəndəliyinə təqdim edə bilib. Bəyanatda deyilir ki, hər yerdə insan haqlarından, demokratiyadan danışan BMT kimi bir təşkilat etiraz aksiyalarına, aksiya iştirakçılarının tələblərinə məhəl qoymur: “Ona görə yenə də eyni tələblərlə aksiya keçirir və əgər tələblərimiz yerinə yetirilməsə aksiyaları davam etdirəcəyik. Biz hesab edirik ki, BMT-nin baş katibi və Təhlükəsizlik Şurası Ermənistanın Azərbaycana qarşı törətdiyi işğal faktı ilə bağlı obyektiv mövqedən çıxış etmir, Ermənistanın təcavüzkar hərəkətlərinə adekvat qiymət vermək istəmir. BMT Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi yarımçıq və mənasız qətnamələrin özlərini belə yerinə yetirmək üçün addım atmır. Biz BMT rəhbərliyinin bu cür səbatsız, qətiyyətsiz və ədalətsiz mövqeyinin səbəblərini bilmək istəyirik”.
QAT tələb edir ki,
BMT Təhlükəsizlik Şurasının təcili toplantısı çağrılmalı və işğalçı Ermənistana qarşı sanksiyalarla bağlı qərar qəbul edilməlidir.
BMT baş katibi Ermənistanın terrorçu prezidenti Serj Sərkisyanın beynəlxalq məhkəmə qarşısına çıxmasını təmin etməlidir.
BMT rəhbərliyi Qarabağ münaqişəsi ilə bağlı ikili standartlara son qoymalıdır.
Əks halda, BMT-nin Bakı nümayəndəliyinin öz fəaliyyətini davam etdirməsinə heç bir ehtiyac qalmayacaqdır.