Şevardnadze: “Erməni lobbisi ilə sövdələşməm barədə iddialar axmaqlıqdır”
0
0
Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadze 2003-cü ildə erməni lobbisi ilə sövdələşmənin nəticəsi olaraq hakimiyyəti Mixail Saakaşviliyə təhvil verdiyi barədə yayılan xəbərləri tamamilə ağ yalan adlandırıb.
Lent.az-ın “apsny.ge” saytına istinadən verdiyi məlumata görə, Eduard Şevardnadze bunu iddia etməyin axmaqlıq olduğunu vurğulayıb.
Bununla bərabər, sabiq prezident Gürcüstan kurortlarında türk və ermənilərin nüfuzunun gücləndiyi ilə razılaşıb və bu gün ölkənin sahibsiz olduğunu dilə gətirib. O, Mixail Saakaşvilinin erməni lobbisinə himayədarlıq etdiyini də təsdiqləyə bilməyəcəyini söyləyib: “Yalnız onu deyə bilərəm ki, mənim Ermənistan və Azərbaycanla əməkdaşlığım əsl dostluq və mehriban qonşuluğa əsaslanıb. Heydər Əliyev və Karen Dəmirçiyan mənim şəxsi dostlarım olublar”.