“Erməni protokolları” qüvvədən düşdü
0
0
Lent.az-ın verdiyi məlumata görə, bu barədə Türkiyənin “Merhaba Gazetesi” məlumat yayıb.
Qeyd edək ki, Türkiyə və Ermənistan arasında diplomatik münasibətlərin qurulması və sərhədlərin açılmasını nəzərdə tutan protokollar Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan tərəfindən 10 oktyabr 2009-cu ildə Sürix şəhərində imzalanıb.
“Anadolu” agentliyi isə yazıb ki, Türkiyə parlamentinin daxili Əsasnaməsinə əsasən parlamentin bir çağırışının fəaliyyət göstərdiyi bir qanunvericilik dövründə, yəni 4 il ərzində qanun layihəsi qəbul olunmazsa, qüvvəsini itirmiş sayılır və gündəlikdən çıxarılır. Ancaq sənəd hakim partiyanın deputatlarının birinin təklifi ilə yenidən gündəliyə salına bilər.