İctimai Palatanın Koordinasiya Şurasının növbədənkənar iclası olub
22 avqust 2011 18:41 (UTC +04:00)

İctimai Palatanın Koordinasiya Şurasının növbədənkənar iclası olub

0
Bu barədə Lent.az-a İP KŞ-nin üzvü Vidadi Mirkamal məlumat verib. O deyib ki, iclasda İP-in hazırladığı “Demokratiyaya yumşaq keçid - Yol xəritəsi” layihəsi ətrafında son müzakirələr aparılıb.

V. Mirkamal bildirib ki, iclasda “Yol xəritəsi”nə bəzi əlavə və düzəlişlər edilib. O, deyib ki, layihənin ictimai müzakirələrə çıxarılmasından sonra belə bir zərurət yaranmışdı.

V. Mirkamalın sözlərinə görə, layihənin son variantı İP KŞ-nin bu həftənin çərşənbə günü keçiriləcək iclasında bir dəfə də müzakirə olunacaq. Daha sonra isə mətbuata çıxarılacaq. O qeyd edib ki, layihə İP-in bu ayın 27-də baş tutacaq sessiyasında geniş müzakirəyə çıxarılacaq.

V. Mirkamal onu da bildirib ki, bugünkü iclasda, həmçinin, İP-in 2 aprel mitinqində həbs edilən şəxslərlə bağlı müzakirələr də aparılıb.

Anar GƏRAYLI
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 527

Oxşar yazılar