İqtisadi İnkişaf Nazirliyinin nümayəndələri Manilada seminarda iştirak edirlər
0
0
AİB-in Azərbaycandakı Daimi Nümayəndəliyindən Lent.az-a verilən məlumata görə, seminarda Asiyada və Sakit Okean hövzəsində yerləşən ölkələrin iqtisadi qurumlarının orta və yüksək səviyyəli rəsmiləri iştirak ediblər.
Azərbaycanı seminarda İqtisadi İnkişaf Nazirliyinin nümayəndələri təmsil edib. Seminarda ticarət rəsmilərinə regionun ticarət siyasətində üzləşdiyi əsas problemlər haqda məlumat veriləcək, ticarət siyasətinin dinamikası və istehsal şəbəkələri, Doha müzakirələri və Ümumdünya Ticarət Təşkilatındakı son tendensiyalar, ticarət siyasətində yeni məsələlər (hökumət səviyyəsində satınalmalar, intellektual mülkiyyət hüquqları və ətraf mühit), ticarət siyasətini qiymətləndirmək və həyata keçirmək üçün mövcud olan onlayn vasitələr və azad ticarət zonaları ilə bağlı məsələlər müzakirə olunub.