12 dövlətin BMT yanında daimi nümayəndələri Azərbaycana gəlir
0
0
Bu gün Kamboca, Benin, Ekvatorial Qvineya, Mavriki, Namibiya, Sent Lusiya, Sent Vinsent Qrenadin, Seyşel adaları, Syerra Leone, Şri Lanka, Yamayka və Zimbabvenin BMT yanında daimi nümayəndələrinin Azərbaycan Respublikasına səfəri başlayır.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, səfər zamanı diplomatlar baş nazir Artur Rasizadə tərəfindən qəbul ediləcəklər.
Milli Məclis, Xarici İşlər Nazirliyi, Heydər Əliyev Fondu, Azərbaycan Diplomatik Akademiyası və Dövlət Neft Şirkətində səfirlərlə görüşlər keçiriləcək. Onlar Fəxri Xiyaban və Şəhidlər Xiyabanını da ziyarət edəcəklər.
BMT yanında daimi nümayəndələrin səfər çərçivəsində Quba şəhərinə səfəri də nəzərdə tutulub. Burada onlar kütləvi məzarlıqla, eyni zamanda Quba şəhəri ilə yaxından tanış olacaqlar. Səfər 27 avqustadək davam edəcək.