Bakıda insan alveri qurbanlarının anım günü keçiriləcək
20 avqust 2011 14:59 (UTC +04:00)

Bakıda insan alveri qurbanlarının anım günü keçiriləcək

0
Lent.az-ın məlumatına görə, tədbirdə beynəlxalq təşkilatlar və səfirliklərin nümayəndələri, millət vəkilləri, DİN-in İnsan alverinə qarşı Mübarizə İdarəsinin rəsmiləri, iş adamları eləcə də, tanınmış incəsənət xadimləri iştirak edəcək.

Tədbirdə rəsmilərin çıxışları ilə yanaşı insan alveri cinayətinə qarşı və insan alveri qurbanlarına dəstək məqsədilə mesajlar səslənəcək. Bu mesajları, istənilən şəxs səsləndirə bilər. Eyni zamanda tədbir iştirakçıları ilə, ələlxüsus da incəsənət xadimləri ilə birgə fotosessiyalar təşkil ediləcək, onlar tərəfindən avtoqraflar veriləcək.

Tədbirə müğənnilər Ədalət Şükürov, Röya, Rəhim Rəhimli, Faiq Ağayev, Xatirə, Samira, Ülvi Qılınc və s. ilə yanaşı Murad Dadaşov, Nərgiz Cəlilova da dəstək verəcək.

Tədbirdə insan alverinə həsr edilmiş iki məşhur filmin diskləri paylanacaq: bunlar “Humam trafficking” (2005, rejissor: Christian Duguay) və “Trade” (2007, rejissor: Marco Kreuzpaintner) filmləridir.

Tədbirdən sonra, bütün səslənmiş mesajlar və fotolar topalanaraq, kitab şəklində çap ediləcək.

Lalə Yusifqızı
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 580

Oxşar yazılar