“Şüşə evli” Amili, yaxud milli heysiyyət öləndə...
19 avqust 2011 16:31 (UTC +04:00)

“Şüşə evli” Amili, yaxud milli heysiyyət öləndə...

0
Bu gerçəkliyi hamı anlasa da, Ərdəbilin imam-cüməsi, höccətül-islam Seyyid Həsən Amili anlamaq istəmir. Farslar demiş, bir qələt qarışdırıb, indi də o qələtini “raskrutka” etməklə məşğuldur.

Azərbaycanın varlığından narahat olan fars zehniyyətinin qulu Amili hakimiyyətə daha çox yarinmaq üçün öz millətinin dünyadakı tək ölkəsinə “daş atır”.

Halbuki, Amilidə azca vicdan, heysiyyət olsaydı Güney Azərbaycanda “mən türkəm” dediyi üçün işəngəcəyə məruz qalan, həbs olunan, təqib edilən,milli varlığı danılan soydaşları üçün İran rejiminə baş qaldırardı. Amili mənsub olduğu etnosun azca da olsa təəssübünü çəksəydi, ETTELAAT və SEPAH-ın həbsxanalarında min bir işgəncəyə məruz qalan, millətinin təbii və qanuni haqqını istədiyi üçün şərlənən Azərbaycan türklərinin də hüququnu müdafiə edərdi.

Təəssüf ki, Amili, narkotik maddələrin qaçaqmalçılığı ilə məşğul oldğunu üçün sərhəddə tutularaq Azərbaycan Respublikasında ittiham olunan və sonradan ölkəsinə təhvil verilən çoxsaylı vətəndaşlarını ğörməzliyə vurur.

“Başqasının gözündə çöp axtaran” bu höccətülislamın ölkəsinin “narkocənnət” olduğundan xəbər varmı?

Narkotik məddələrin qanunsuz döviriyyəsi ilə məşğul olmaq İran siyasətinin bir parçası deyilmi? Bütün bunlarla bağlı Amili bir din xadimi oaraq indiyə kimi çıxış belə etməyib.

Öz vətəndaşlarının şəxsi həyatına belə müdaxilə edən bir rejimin təmslçisi kimi höccətülislamın insan haqlarından danışması çox absurd görünür. Çünki bu Tehran hakimiyyəti BMT İnsan Haqları Şurasının İslam Respublikası üzrə özəl təmsilçisini 10 ilə yaxındlr ölkəyə buraxmır.

Amilinin yadına bu sahə ilə bağlı bir xatırlama etmək istərdik:

1. Güney Azərbaycanın Urmiya şəhərindəki zindana salınan Mehdi Qasımzadə və üç həmkəndlisi - Səhəndəli Məhəmmədi, Bəxşəli Məhəmmədi və İbadullah Qasımzadə “Allaha qarşı müharibə aparmaq”da ittiham edilərək, barələrində ölüm hökmü çıxarılmışdı. Halbuki onlar öz islam əqidələrinə görə tutlumuşdular.

2. Siyasi fəal Mənsurə Behkiş tutulub. İran Kəşfiyyat Nazirlyinin (ETTELAAT) əməkdaşları Mənsurə Behkişi iyunun 12-si axşam saatlarında Tehranın Yusifabad küçəsindən aparıblar. Mənsurə Behkişin ailəsindən 6 nəfər İran İslam İnqilabından sonra solçu mövqe və siyasi əqidəsinə görə edam edilib. Mənsurə Behkiş əvvəllər də bir neçə dəfə tutulub. Hazırda Tehranın Evin zindanında saxlandığı bilinən Mənsurə Behkişiyə qarşı irəli sürülən ittiham hələ də açıqlanmayıb.

3. Güney Azərbaycan türklərinin milli haqqının təminini istədiyinə görə hərəkatın təəssübkeşi Fərdin Muradpur 10 aya yaxındır həbsdədir. 21 yaşlı bu gənc 10 ay əvvəl ETTELAAT qüvvələri tərəfindən yaxalanaraq 6 il həbs cəzasını çəkmək üçün Təbriz həbxanasının 11 saylı bölməsinə aparılıb. Xatırladaq ki,onu ailəsinin gözü qarşısında tutmuşdurlar.

4. Avqustun 11-də Güney Azərbaycanının tanınmış ziyalıları Səid Nəimi və Səid Muğanlı Təbriz zindanının ümumi bölümünə köçürülsələr də, ötən 3 aya yaxın bir müddətdə onlara qarşı irəli sürülən ittiham açıqlanmayıb.

Xatırladaq ki, insan haqları fəalı Azəbaycan Siyasi Məhbuslarının Müdafiə Komitəsinin qurucularından olan Səid Nəimi 2011-ci il mayın 8-də ETTELAAT əməkdaşları tərəfindən Kərəc şəhərində yerləşən öz evində tutulub. Səid Muğanlı isə öz ata evində həbs olunub. Belə ki ETTELAAT əməkdaşları Ərdəbil vilayətindəki Üngüt şəhərinin Yelsu kəndinə gedərək, soydaşımızı öz ata evində tutublar. ETTELAAT-ın 8 əməkdaşı Səid Muğanlını həbs edərkən evdə axtarış aparıb və ona aid bir çox sənəd və şəxsi əşyalarını özləri ilə aparıbılar. Səid Muğanlı Azərbaycan türkcəsi və ədəbiyyatı üzrə tanınmış simalardan biridir. O bundan öncə də İran adlanan yerin təhlükəsizlik qüvvələri tərəfindən təzyiqə məruz qalıb, həbs edilib.

5. Güney Azərbaycanda tanınan başqa bir ziyalı, Ayət Mehrəlibəyli Təbriz yaxınlığında Sofyan şəhərində şəxsi mənzilində həbs edilərək naməlum istiqamətə aparılıb. O,mənzilində ailə üzvlərinin gözü önündə “ETTELAAT” məmurları tərəfindən ağır döyülərək, aparılıb. Mülki geyimli həmin məmurlar heç bir məhkəmə hökmü göstərmədən evə daxil olub, yoxlama aparıblar. Onların Ayət Mehrəlibəyliyə aid kitablar, CD-lər, kompüter və başqa şəxsi əşyaların da rejim məmurları tərəfindən aparıldığını bildiriblər.

6. Urmiya gölündəki ekoloji fəlakətin aradan qaldırılmamasına etiraz etdiyinə görə, Babək Hüseyni Müqəddəm 2011-ci il martın 31-də ETTELAAT əməkdaşları tərəfindən həbsə alınıb və Təbrizdə İnqilab Məhkəməsinin 4-cü şöbəsinin hakimi Haşimzadənin qərarıyla iyulun 25-dən Təbriz İnqilab Məhkəməsinin 1-ci şöbəsində mühakimə edilib. Nəhayət, hakim Həmlbər heç bir qanuni əsas olmadan onu bir il azadlıqdan məhrum edib.

7. Amol şəhərinin zindanında saxlanan bəhai Huşəng Fənaiyan “Ziyafət” adlı dini iclaslara qatılmaqda və “Facebook” ictimai şəbəkəsinə üzvlükdə təqsirli bilinib. İlkin məhkəmədə Huşəng Fənaiyana dini rəhbəri təhqir ittihamı irəli sürülsə də, apellyasiya məhkəməsi bu ittihamı götürüb. Məhkəmənin qərarı ilə Huşəng Fənaiyan bəhailikdə, sistemə qarşı təbliğatda və “Facebook” ictimai şəbəkəsinə üzvlükdə günahlandıraraq 4 illik həbsə məhkum edilib.

Cənab Amili, siyahını istədiyin qədər uzada bilərik. ETTELAAT tərəfindən sui-qəsdə qurban gedən mühəndis Qulamrza Əmanini tanıyırsanmı? O, qardaşları ilə birlikdə müəmmalı şəkildə avtomobol qəzasında öldürüldü.

Hər kəsə bəllidir ki,İranda nəinki siyasətlə, mədəni fəaliyyətlə məşğul olmaq belə cinayət sayılır. Sizin müdaiə etməyə səy göstərdikləriniz isə Azərçaycandakı söz azadlığından istifadə edərək, aəytullah Xomeyninin “”islam inqilabı doktirinasının” tezislərinin təbliğ ediblər. Ancaq öz ana dilində, Azərbaycan türkcəsində oxumaq istəyən güneyli soydaşlarımızın mədəni fəaliyyətlərinə görə təzyiqlərə məruz qalmaları, təhlükəsizlik qüvvələri tərəfindən təhdid edilməsi, tutuqlanması, işdən və universitetdən uzaqlaşdırılması və s. adi hala çevrilib.
Öz vətəndaşlarına qarşı olunanları görməməyi bir tərəfə müxtəlif səbəblərdən İrana addım basan azərbaycanlıların hər cür təzyiqə məruz qalması, aylarla günahsız yerə həbsdə yatmasını Seyid Həsən ağa necə izah edər? Özünü “ayətullah Xamneyinin adamı” adlandırılan İsgəndər Hüseynzadənin vasitəsi ilə İranda təhsil alan tələbələri “ələ almağa” cəhdlər haqda Amili nə deyə bilər? İsgəndərin tapşırığına qol qoymayanların min bir zülmə məruz qalmasına nə sözünüz, cənab Amili?

Müstəqil Azərbaycanı bir dövlət olaraq görməyən rejimə nökərlik edən Amilidən Azərbaycana sevgi gözləmək əbəsdir. Onlar müqəddəs kitabımız Qurani- Kərimə istinad etməyi çox sevirlər. Odur ki bu ayəni oxusa, fars rejiminə yaltaqlıq etmək üçün öz xalqına zülmü görməyib, 50 milyonluq azərbaycanlının yeganə dövlətinə iftira atan Amili əslində şeytana xidmət etdiyini özü də biləcək:
“...Onların qəlbləri var, onunla anlamazlar; gözləri var, onunla görməzlər;qulaqları var, onunla eşitməzlər. Onlar heyvan kimidirlər, hətta daha çox azğınlıqdadırlar. Qafil olanlar da məhz onlardır.” (Ətraf surəsi,179).
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 595

Oxşar yazılar