Fransanın "La Lettre Diplomatique" jurnalında Azərbaycanla bağlı geniş məqalə dərc olunub
0
0
Azərbaycanın Fransadakı səfirliyindən APA-ya verilən məlumata görə, məqalədə Azərbaycanın Fransada fövqəladə və səlahiyyətli səfiri Elçin Əmirbəyovun, Fransanın Azərbaycandakı səfiri Qabriel Kellerin, Fransanın Milli Assambleyasında Azərbaycan - Fransa dostluq qrupunun prezidenti Jan-Lui Dumonun, Azərbaycan - Fransa Ticarət Palatasının prezidenti Ardavan Amir-Aslaninin, Fransanın Tunellər və Yeraltı sahə üzrə Cəmiyyətinin prezidenti Alan Balanın, Bordo Siyasi Elmlər İnstitutunun Qafqaz regionu üzrə elmi-tədqiqatçısı Samuyel Lusakın və Paris Universitetinin professoru Edmond Juvenin müsahibələri əksini tapıb.
Müsahibələrdə bildirilir ki, Azərbaycan neft ölkəsi kimi tanınır və bu təbii haldır, çünki dünyada ilk dəfə neft sənaye üsul ilə məhz Azərbaycanda çıxarılıb və dənizdə də neft, həmçinin, ilk dəfə Azərbaycanda çıxarılıb. Bir neçə il əvvəl Azərbaycanda böyük qaz yataqları da aşkar edilib və Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2.2 trilyon kubmetr təşkil edir və hal-hazırda Azərbaycan neft ixracatı ilə yanaşı qaz ixracatını da həyata keçirir. Beləliklə, Azərbaycan dünyada neft və qaz istehsalçısı və ixracatçısına çevrilərək dünyanın və Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verməkdədir. Bu səbəbdən də məqalədə vurğulanır ki, dünyada Azərbaycanın enerji ölkəsi kimi tanınması təbii haldır, lakin Azərbaycan qeyri-neft sektorunda da böyük potensiala malikdir və hal-hazırda Azərbaycan Respublikası hökumətinin iqtisadi gündəliyinin ən əsas prioritetlərinə iqtisadiyyatın qeyri-neft sektorunun və ixracatının inkişafı, iqtisadiyyatın diversifikasiyası və müasirləşdirilməsi, və Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı aiddir.
Bununla yanaşı məqalədə qeyd edilir ki, son 8 il ərzində Azərbaycanın Ümumi Daxili Məhsulu (ÜDM) 3 dəfə artıb və 2009-cu ildə qlobal iqtisadi böhran ilində dünyada neftin qiyməti 4 dəfə ucuzlaşsa belə Azərbaycan iqtisadiyyatı 9.3 faiz, ötən il isə 5 faiz artıb və davamlı inkişaf və ÜDM-in strukturunun diversifikasiyası təmin edilib.
Məqalədə bildirilir ki, bu il Azərbaycan öz müstəqilliyinin bərpa etməsinin 20 illiyini qeyd edir və bu dövr, xüsusilə də, müstəqilliyin bərpa edilməsinin ilk illəri Azərbaycan üçün çox çətin olub. Lakin buna baxmayaraq 1993-cü ildən etibarən Azərbaycan Respublikasının rəhbərliyi tərəfindən aparılan düzgün iqtisadi siyasət Azərbaycan iqtisadiyyatının uğurla hərtərəfli inkişaf etməsinə səbəb olmuşdur və misal üçün, son 15 ildə ölkəyə qoyulan investisiyaların həcmi 100 milyard ABŞ dollarına yaxınlaşır, və bunların təxminən yarısı xarici sərmayələrdir, və son illər ərzində iqtisadiyyata qoyulan investisiyaların əksəriyyəti Azərbaycanın qeyri-neft sektorunun payına düşür.
Eyni zamanda məqalədə vurğulanır ki, Azərbaycan Fransa ilə müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə və xüsusilə də, qeyri-neft sektorunda əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi önəm verir. Azərbaycan və Fransa Prezidentləri, nazirləri və digər yüksək vəzifəli məmurları müxtəlif əməkdaşlıq məsələlərinə dair 30-dan artıq hüquqi sənəd imzalayıblar və beləliklə iqtisadi əməkdaşlıq üçün zəruri hüquqi bazanı yaradıblar. Azərbaycan prezidenti İlham Əliyev və Fransa prezidenti Nikola Sarkozi sonuncu görüşləri zamanı iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsinə dair öz tövsiyələrini bildiriblər.
İkitərəfli iqtisadi əməkdaşlıq sahələrinə gəldikdə isə, sənaye sahəsində, o cümlədən maşınqayırma, qatar lokomotivlərinin, metro vaqonlarının və ya onların müxtəlif hissələrinin istehsalının qurulması, qida məhsullarının istehsalı üçün müasir istehsal obyektlərinin və kənd təsərrüfatı komplekslərinin yaradılması, şərabçılığın inkişafı, alternativ enerji sahəsində layihələrin həyata keçirilməsi, müasir turizm obyektlərinin yaradılması, informasiya və kommunikasiya texnologiyaları və perspektivli sayılan digər xidmətlər sahələrinin inkişafında Fransız şirkətləri ilə əməkdaşlıq üçün böyük imkanların mövcudluğu məqalədə xüsusi vurğulanır.
Müsahibələrdə qeyd edilir ki, bu il Azərbaycan-Fransa ikitərəfli iqtisadi komissiyanın növbəti 6-cı iclası keçiriləcək. Bu il Parisdə Azərbaycan-Fransa Biznes Şurasının təsis edilməsinin əsası qoyulub və bu Şuranın məqsədi Azərbaycan və Fransa şirkətlərini bir araya gətirərək onların biznes əməkdaşlığının inkişaf etdirilməsindən ibarətdir. Bununla yanaşı, cari ilin 7 iyun tarixində iki ölkə arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində Parisdə hər iki ölkənin nazirləri və biznes nümayəndələrinin iştirakı ilə ilk Biznes Dəyirmi Masa təşkil edilib.
Məqalədə vurğulanır ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi, Fransa, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tezliklə həll edilməsini istəyir. Bununla yanaşı, Azərbaycanla Fransanın mədəni, təhsil və parlamentlər arasındakı əməkdaşlıqlarının intensiv olaraq inkişaf etdirilməsindən bəhs edilir və bu prosesdə Azərbaycan parlamentində Azərbaycan - Fransa dostluq qrupunun yeni prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xüsusi rolu qeyd edilir.