Elçin Quliyev: ”Dövlət sərhədinin pozulması cəhdlərinin 90 faizinin qarşısı elə sərhəddəcə alınır”
18 avqust 2011 11:17 (UTC +04:00)

Elçin Quliyev: ”Dövlət sərhədinin pozulması cəhdlərinin 90 faizinin qarşısı elə sərhəddəcə alınır”

0
APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi Elçin Quliyev bildirib. Azərbaycan sərhədçilərinin Sərhəd Qoşunlarının yaranmasının 92-ci ildönümümü fəxrlə və baş ucalığı ilə qeyd etdiyini bildirən DSX rəisi deyib ki, məhz bunun nəticəsidir ki, son illərdə dövlət sərhədində sərhədin pozulmasına edilən cəhdlərin 90 faizinin qarşısı elə sərhəddəcə alınır: “Bu çox ciddi rəqəmdir. İstər beynəlxalq terrorçuluğa, istər qeyri-leqal miqrasiyaya, istərsə də narkotik maddələrin dövriyyəsi ilə mübarizə sahəsində son illərdə və 2011-ci ildə əldə edilən nəticələr əvvəlki illərlə müqayisədə daha yüksəkdir”.

E. Quliyev qeyd edib ki, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi və İran istiqamətindən ölkəyə daxil olması faktlarının sayı artsa da, Azərbaycan sərhəd mühafizə qüvvələri və digər hüquq-mühafizə orqanlarının keçirdiyi tədbirlər nəticəsində bunların qarşısı alınmaqdadır.

Qeyd edək ki, Sərhəd Qoşunlarının yaranmasının 92-ci ildönümü münasibəti ilə bu gün DSX heyəti Fəxri Xiyabanda Heydər Əliyevin, akademik Zərifə Əliyevanın məzarlarını və Şəhidlər Xiyabanını ziyarət ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 485

Oxşar yazılar