MSK bəzi seçki komissiyalarının tərkibində dəyişiklik etdi
0
0
MSK-nın mətbuat xidmətindən Lent.az-a daxil olan məlumata görə, iclasda əvvəlcə komissiyanın 18 may və 19 iyul 2011-ci il tarixli iclaslarının protokolları təsdiqlənib.
Sonra aşağı seçki komissiyaları üzvlərinin maarifləndirilməsi ilə əlaqədar kursların təşkilinə dair məsələyə baxılıb. Məsələ barədə məlumat verən MSK sədri bildirib ki, “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2006-cı il tarixli sərəncamına uyğun olaraq Mərkəzi Seçki Komissiyası aşağı seçki komissiyalarının sədr və üzvləri üçün növbəti kursların təşkil edilməsinə dair müvafiq hazırlıq işlərini başa çatdırıb.
Seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar dairə seçki komissiyalarının sədrləri üçün MSK-nın inzibati binasında, dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün regionlarda keçiriləcək. Kurslar iki hissədən - mühazirə və seminardan ibarət olacaq.
Sonra Mərkəzi Seçki Komissiyası sentyabrın birinci yarısından gec olmayaraq dairə seçki komissiyalarının sədrləri, üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kursların keçirilməsi barədə qərar qəbul edib.
MSK 5 saylı Şahbuz - Babək və 15 saylı Yasamal birinci seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edib.