Mirmahmud Mirəlioğlu Əli Kərimli ilə görüşüb
0
0
Bu barədə Lent.az-a KXCP sədri Mirmahmud Mirəlioğlu məlumat verib. O bildirib ki, görüşdə məqsəd Əli Kərimli ilə 8 partiyadan ibarət müxalifətin geniş birlik formatı ətrafında müzakirə aparmaq olub.
Görüşdə bu istiqamətdə müzakirələrin aparıldığını, birlik istiqamətində yenilik olmadığını söyləyən KXCP sədri deyib ki, Əli Kərimlinin “8-lik”dən ibarət müxalifət birliyinin yaradılmasına olan münasibətində heç bir dəyişiklik yoxdur: “Əli Kərimlinin bu birliyə münasibəti əvvəl necə idisə, indi də elədir”.
Xatırladaq ki, Vətəndaş Hərəkatı Forumunun təşəbbüsü ilə 8 partiyadan ibarət müxalifət birliyinin yaradılması ideyası irəli sürülmüşdü. İyul ayında isə Ümid, ADP, VİP, ALP, KXCP, həmçinin, Vətəndaş Hərəkatı Forumun üzvlərinin iştirakı ilə görüş keçirilmişdi. Həmin tədbirdə Müsavat və AXCP nümayəndələri iştirak etməkdən imtina etmişdi. Hazırda bu iki partiyanın da VHF-nin təşəbbüsü ilə yaradılması nəzərdə tutulan birliyə qoşulması istiqamətində görüşlər davam etdirilir.