BAXCP sədri: “PKK ilə əməkdaşlıq edən bütün türk xalqının düşmənidir”
16 avqust 2011 18:45 (UTC +04:00)

BAXCP sədri: “PKK ilə əməkdaşlıq edən bütün türk xalqının düşmənidir”

0
Lent.az-ın məlumatına görə, bu sözləri Bütöv Azərbaycan Xalq Cəbhəsi partiyasının sədri Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə verdiyi müsahibədə deyib.

O, Azərbaycanda PKK dəstəkçilərinin olması barədə səslənən iddialar barədə bildirib ki, həmin iddiaları səsləndirənlərin əsas məqsədi dövlətin maraqlarından çıxış etmək deyil, məqsəd dövlətin maraqlarından çıxış etmək olsaydı, onlar birinci Türkiyəyə səslənməli idilər: “Bu adamların fəaliyyətlərində heç bir ardıcıllıq yoxdur. Xatırlayırsınız, onlar hər il aprelin 24-də Türkiyədən, ölkədaxili siyasətdən bir dəstək almaq üçün bir kampaniyaya başlayırlar. Hay-küy salırlar ki, Obama soyqırım ifadəsini işlətməsin. Əgər doğrudan da prezidentlərin dediyi sözün çəkisi, önəmi yoxdursa, nə üçün onlar ABŞ prezidentinin deyəcəyi bir sözdən bu qədər əndişələnir, narahatlıq keçirirlər. Bunu müqayisə üçün dedim. Bu adamların Türkiyənin Ermənistanla olan və gündən-günə genişlənən iqtisadi-ticari əlaqələrilə bağlı susmalarının yeganə bir səbəbi var: Fikirləşirlər ki, susmaqlarının, PKK məsələsini qabartmalarının, Türkiyə-Ermənistan iqtisadi əməkdaşlığını arxa plana keçirmələrinin müqabilində Türkiyənin siyasi dairələrinin dəstəyini qazanacaqlar”.

Deputat bütün bunların sırf daxili siyasətə hesablanmış cılız hisslər və cılız yanaşmalar olduğunu söyləyib. Türkiyənin Ermənistanla bütün sahələrdəki əlaqələrinin ortada olduğunu vurğulayan Q. Həsənquliyev bu barədə bir kəlmə də olsun deyilmədiyini diqqətə çatdırıb: “Amma olmayan PKK-Azərbaycan əlaqələrindən, PKK-ya hansısa Azərbaycan iş adamının maliyyə yardımı etməsindən genişinə-boluna danışır və yazırlar. Bəsit və reallığa uyğun gəlməyən yanaşma nümayiş etdirirlər”.

Deputat deyib ki, Azərbaycanda PKK izi axtaran adamlar özünə hörmət edən siyasət adamlarının toxunulmaz saydığı sərhədləri çoxdan keçiblər: “Onlar Ermənilərlə saziş də bağlaya, ermənilərin və farsların verdikləri bəyanatlara sevinə də bilərlər... Bu da ciddi mənəvi aşınmanın göstəricisidir”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 565

Oxşar yazılar