Rahim Namazov Fransa hakimiyyətini necə aldadıb? - ARAŞDIRMA
0
0
Biz bu məqamlara qayıdacağıq. Hələliksə, onun açıqlamalarına fikir verin. Söhbət 2010-cu ilin sentyabrından, Namazovun Fransaya gəlişi tarixindən gedir:
«Mən, Rahim Tofiqoviç Namazov, Azərbaycandanam. Mən bura tək yox, ailəmlə gəlmişəm. Mənim arvadım, 2 uşağım var. Mən jurnalistikaya 1998-ci ildə başlamışam, “Əlillər” qəzetində. 2005-ci ildə məni orduya çağırdılar və qəsdən (? - S.M.) Naxçıvana göndərdilər. Naxçıvan Ermənistan, İran, Türkiyə ilə həmsərhəddir. Altı (?-S.M.) naxçıvanlı məni yaxşı tanıyırdı. Bilirdilər ki, məni əsgərlərin içinə buraxsalar, mütləq nəsə yazacam, çünki onlar əsgərləri incidirdilər. Mənim peşəkar sürücülük vəsiqəm olduğundan hərbi prokurorun sürücüsü təyin etdilər. Orda əsgərləri istirahət vaxtında dincəlməyə qoymurdular, əllərinə bel verirdilər ki, səngər qazsınlar.
Orda demək olar ki, gündə bir əsgər özünü güllələyir (? - S.M.) Komandir o qədər incidir ki, o da məcbur olub avtomatla özünü vurur. Hərbi prokuroru hadisə yerinə apararkən 4-5 elə hadisəni mən öz bloknotumda qeyd etmişdim. Buna görə mənə 10 sutka həbs verdilər. Mən 1 il eyni kamerada bir nəfərlə birgə oturdum. Kamerada iki nəfər idik. Düz bir il (?-S.M.) Elə olurdu bir sutka yemək vermirdilər, elə olurdu vəkilimlə görüş vermirdilər. Azərbaycanda jurnalistləri ya aradan götürürlər, ya da həbsə atırlar.
İyul ayından seçkilər öncəsi nümayişlər başladı. (?-S.M.)
Deputatlığa namizədlər qapı-qapı gəzib öz platformaların təqdim edirdilər. Və mən iyul ayından başlayaraq mənə məxsus (?-S.M) “Hakimiyyət” qəzetində yazdım ki, bu rejim yenə də qeyri-leqal (?-S.M) seçkilər keçirəcək. Buna görə məni qanunsuz olaraq 3 dəfə hərəsi 10 sutka olmaqla həbs etdilər (S.M.) Axırıncı dəfə məni yaxşıca döydülər, dişimi sındırdılar( dişin göstərir). Bunu Azərbaycan polisi elədi. Sonra onlar mənə dedilər ki, seçkidən sonra sən sağ qalmayacaqsan. Nə sən, nə də sənin ailən. Ona görə ki, sən bizə mane olursan. Mən bu xəbərdarlıqdan sonra respublikadan qaçmaq qərarına gəldim».
Bu, Rahim Namazovun yuxarıda qeyd etdiyimiz kimi, böyük ehtimalla, Fransa hakimiyyət orqanlarına verdiyi videoizahatdır. Bu zat özünü Azərbaycanda siyasi təqiblərə məruz qalmış birisi kimi təqdim edir. Onun müraciətindəki bəzi məqamlara sual işarələrini isə təsadüfi qoymadıq. İndi həmin məqamlara aydınlıq gətirəcəyik.
Əvvəla, Rahim Namazov adlı hansısa jurnalistin hakimiyyətə qarşı tənqidi bir yazısını kim ortaya çıxarsa, mən elə bu yazı sayta qoyulan andan jurnalistikadan getməyə hazıram. Belə bir adamı, ümumiyyətlə, media aləmində tanımırlar. Ona görə də onun qəsdən Naxçıvana (əslində Naxçıvana hərbi xidmətə göndərilməsini niyə belə əzmkarlıqla vurğulaması da bəlli deyil - S.M.) hərbi xidmətə göndərilməsini iddia etməsi məntiqsizdir. Ən böyük absurd isə Naxçıvanda «demək olar ki, hər gün bir əsgərin özünü güllələməsidir».
Azərbaycan hüquq-mühafizə orqanlarından aldığımız məlumata görə, Namazovun ikinci dəfəki həbsi hərbi xidmətdən yayınmaqla bağlı olub. Belə olan halda o necə hərbi xidmətdə olub, bu “dəhşətləri” görə bilər?
İkincisi, Namazov videoçıxışında deyir ki, guya Naxçıvanda həbs olunandan sonra 1 il eyni kamerada yatıb. Amma bu adam Lent.az-a dünənki açıqlamasında (http://www.lent.az/xeber_72818_%E2%80%9CErm%C9%99nil%C9%99%C5%9F%C9%99n_az%C9%99rbaycanl%C4%B1lar%E2%80%9D_m%C9%99s%C9%99l%C9%99sind%C9%99_m%C3%BC%C9%99mmal%C4%B1_g%C9%99li%C5%9Fm%C9%99_-_ARA%C5%9EDIRMA_-_FOTO) deyir ki, 9 ay həbs cəzası alıb və 16 saylı cəzaçəkmə müəssisəsində «tərbiyələndirilib». Bu da növbəti yalan.
Bu zat deyir ki, guya keçən ilin iyun ayından ölkəni nümayişlər bürümüşdü və orada ona böyük təzyiqlər olub. Namazov deyir ki, ona məxsus «Hakimiyyət» qəzetində guya nəsə tənqidi yazılar yazıb. «Hakimiyyət» adlı qəzetdə hakimiyyətə qarşı tənqidi yazılar yazmağın absurdluğu bir yana, söhbət ondan gedir ki, bizə verdiyi açıqlamada özü etiraf edir ki, o, bu qəzetdə sadəcə işçi olub. Qəzetin baş redaktoru isə Fizuli Əfqanoğludur.
O ki qaldı bu zatın 3 dəfə 10 sutka olmaqla saxlanılmasına, dünən N qədər instansiyaya müraciət etsək də, belə bir adamı tanıyan olmadı. Amma…
…Amma Fransa hökuməti bu zatı siyasi təqiblərə məruz qalmış birisi kimi tanıyıb, bəsləyir də… Onu Azərbaycanda “siyasi təqiblərə” məruz qalmış şəxs kimi tanıyır. Normal bir iş adamının Fransa səfirliyindən viza alması üçün aylarla araşdırma aparıldığı halda bu tipli şəxslərin necə viza, siyasi mühacir statusu alıb bəslənmələri ciddi sual doğurur.
O ki qaldı Namazovun «facebook»da «Mark Buden» adı altında lent.az-ın əməkdaşalrının ünvanına göndərdiyi tərbiyəsiz ifadələrə və hədələrə, o, bunun cavabını alacaq. Özü də Azərbaycanda. Fransadan qovulandan sonra.
Saytımız Fransanın Azərbaycandakı səfirliyinə müraciət edərək, siyasi sığınacaq verdikləri adamın jurnalistləri hədələyərək, təhqir etdiyini bildirir. Biz R. Namazovla bağlı əlimizdə olan bütün sənədləri fransız dilində Fransa Miqrasiya Xidmətinə, Fransa polisinə və bu ölkənin Azərbaycandakı səfirliyinə də yollayacağıq.
Araşdırmalarımızı davam etdiririk. Mövzuya qayıdacağıq.
Səbuhi Məmmədli