Etimad İsmayılov Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etməyəcək - AÇIQLAMA
16 avqust 2011 17:32 (UTC +04:00)

Etimad İsmayılov Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etməyəcək - AÇIQLAMA

Lent.az-ın məlumatına görə, Bu sözləri ura.ru saytına açıqlamasında 3 ildən sonra həbsdən azad edilən deputat İlyas İsmayılovun oğlu Etimad İsmayılov deyib.

Dəstək üçün jurnalistlərə təşəkkür edən həmyerlimiz özünü günahkar hesab etmədiyini söyləyib. E. İsmayılov Çelyabinsk qubernatoru Vyaçeslav Skvortsova həbsdən azad edilməsindəki xidmətlərinə görə minnətdarlıq edib. O, məhkəmələrin sığındığı sistemli fəaliyyət göstərən mafioz qüvvələrin varlığından şikayətlənib. Yaxın zamanlarda Çelyabinski tərk etməyəcəyini qeyd edən deputat oğlunun Uralda şəxsi biznesi ilə məşğul olacağı məlum olub. “Ancaq indi şəhərlə tanış olacam. Məni bura maskada gətiriblər və burada bir küçəni də görməmişəm”.

E. İsmayılov Vesti.az-a müsahibəsində isə deyib ki, hazırda əsas planı Bakıdakı ailəsi ilə və onun üçün narahat olan bütün dostları ilə görüşməkdir.

O bildirib ki, gələcək planlarına Azərbaycanın Rusiyadakı diasporunun fəaliyyətinin gücləndirilməsinə dəstək olmaq daxildir. Girov müqabilində azadlığa buraxıldığını təsdiqləyən həmyerlimiz Rusiya ərazisindən çıxmamaq şərti ilə həbsdən buraxıldığını, bununla belə qısa müddət üçün Azərbaycana valideynlərini görməyə gələcəyini qeyd edib.

Atası İlyas İsmayılovun onun azadlığa çıxmasında öz gücü daxilində rol oynadığını söyləyən E. İsmayılov, azadlığa çıxmasında, həmçinin, Azərbaycandan müəyyən şəxslərin də dəstəyinin olduğunu bəyan edib.

Rusiyada fəaliyyət göstərən Azərbaycan diasporunun fəaliyyətini bəyənmədiyini bildirən Etimad İsmayılov “Rusiyadakı diasporu tam olaraq diaspora hesab etmirəm. Diaspora özündə bir neçə geniş fəaliyyət istiqamətlərini əks etdirən strukturdur. Məncə, bizim diasporun Rusiyadakı imkanları elə də geniş deyil” deyib.

O deyib ki, Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etməyəcək. Çünki bu məhkəmə ölkələrə təzyiq vasitəsi kimi formalaşıb. Müsəlman olduğunu, həbsdə namaz qıldığını qeyd edən deputat oğlu Allaha pənah apardığını və onun gücünə güvəndiyini bəyan edib. O deyib ki, gələcəkdə Rusiyada Azərbaycan mətbəxinin təqdim edildiyi restoranlar şəbəkəsi yaratmaq niyyətindədir.

Anar GƏRAYLI
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 660

Oxşar yazılar