Elmira Süleymanova: “İnsan hüquqlarının vəziyyəti ilə bağlı tənqidləri qəbul edirik”
16 avqust 2011 12:36 (UTC +04:00)

Elmira Süleymanova: “İnsan hüquqlarının vəziyyəti ilə bağlı tənqidləri qəbul edirik”

0
“Biz qəbul etmişik ki, demokratiya və insan hüquqlarının qorunmasını təmin edəcəyik. Siz özünüz də bu sahədə hansı işlərin görüldüyünü, hansı islahatların aparıldığını görürsünüz. Biz, hansısa sahələrdə insan hüquqları ilə bağlı problem olduğunu və tənqidləri qəbul edirik. Ancaq iş burasıdır ki, bu tənqidləri bizə yönəldənlərin özlərinin ölkələrində də insan hüquqlarının pozulmasına dair onlarla fakt var. Bunu özləri də qəbul edirlər”.

Lent.az-ın məlumatına görə, bunu Ombudsman Aparatının rəhbəri Elmira Süleymanova jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, insan hüquqları sahəsində inkişaf etdikcə, yeni problemlərlə qarşılaşırlar: “Çalışırıq ki, hər hansı bir hüquq pozuntusu olduğu halda bunu həll edək”.

E. Süleymanova deyib ki, Azərbaycanda insan hüquqları sahəsində bütün problemlərin həll edilməsi onların da ən böyük istəyidir və davamlı olaraq, buna çalışırlar.

Anar GƏRAYLI
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 616

Oxşar yazılar