Almaniya rəsmisi: “Siz övladlarınızı öldürənlərin gözlərinə baxmalı və onlarla sülhə getməlisiniz”
16 avqust 2011 12:04 (UTC +04:00)

Almaniya rəsmisi: “Siz övladlarınızı öldürənlərin gözlərinə baxmalı və onlarla sülhə getməlisiniz”

0
Lent.az-ın məlumatına görə, bunu bu gün Bakıda Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı və Almaniyanın İnsan Hüquqları İnstitutu arasında 2011-ci il üzrə Tvinniq layihəsi çərçivəsində keçirilən konfransda iştirak edən Almaniya xarici işlər nazirliyinin insan hüquqları üzrə nümayəndəsi Markus Löninq deyib.

“Siz övladlarınızı öldürənlərin gözlərinə baxmalı və onlarla sülhə getməlisiniz” deyən Almaniya XİN nümayəndəsi bunun çox çətin məsələ olduğunu bildirib. Azərbaycan və Ermənistan prezidentlərinin araya gəlib, bu sülhə nail olmalı olduqları söyləyən almaniyalı nümayəndə, vətəndaş cəmiyyətinin öz növbəsində bu sülhə razılaşmalı olduğunu bəyan edib: “Sevdiklərinizi öldürən insanlarla sülhə nail olmaq onlarla müharibə etməkdən daha çətindir. Almaniya da öz qonşuları ilə bu mərhələdən keçib. Bunun necə çətin olduğunu bilir”.

M. Löninq deyib ki, bununla belə, Azərbaycanda məcburi köçkünlərin və qaçqınların varlığı heç kimə bəhanə vermir ki, şəhərdə yaşayan insanların hüquqları pozulsun: “Hər bir şəxsin özünün hüququ var, məcburi köçkünün də, şəhərdə yaşayanın da. Birinin varlığına görə, digərinin hüquqlarını pozmaq yolverilməzdir”.

Almaniyanın ölkəmizdəki səfiri Herbert Kvelle isə deyib ki, Dağlıq Qarabağ probleminin varlığı insan hüquqlarının pozulmasına səbəb olmamalıdır: “Bu, mənim şəxsi düşüncəmdir ki, əvvəl demokratiya, sonra Qarabağ olmalıdır; nəinki əvvəlcə Qarabağ, sonra demokratiya”.

Roland Kobia da öz növbəsində Dağlıq Qarabağ probleminin varlığının Azərbaycan üçün ağrılı olduğunu bildiklərinə bəyan edib. O deyib ki, insan hüquqları və ya demokratiya Dağlıq Qarabağ münaqişəsinin həllinə hesablanmayıb: “Bu, sadəcə sizin insanlarınızın həyatının yaxşılaşmasına xidmət edən amillərdəndir”.

Anar GƏRAYLI
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 644

Oxşar yazılar