Roland Kobia: “Avropa İttifaqı Azərbaycanla əməkdaşlığa çox ciddi önəm verir”
0
0
Lent.az-ın məlumatına görə, tədbirdə çıxış edən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova rəhbərlik etdiyi qurumun fəaliyyəti və funksiyaları barədə iştirakçılara geniş məlumat verdi. O, Azərbaycan qanunlarının beynəlxalq standartlara uyğunlaşdırılmasından danışdı. Ölkəmizin bu istiqamətdə gördüyü işlər, atdığı addımlar haqqında məlumat verdi.
Almaniyanın ölkəmizdəki səfiri Herbert Kvelle ölkəsinin insan hüquqları sahəsində gördüyü işlərlə bağlı məlumat verərək, Almaniyanın insan hüquqlarına verdiyi önəmdən bəhs etdi.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Roland Kobia çıxışında bildirdi ki, Azərbaycan Avropa Şurasının üzvüdür və bu üzvlülüklə öz üzərinə müəyyən öhdəliklər götürüb. O qeyd etdi ki, insan hüquqları sahəsində görülməli olan işlər də bu öhdəliklərin bir qismini təşkil edir. O deyib ki, insan hüquqlarına Avropa dəyərləri kimi baxılmamalıdır. Bu, insana doğuşdan verilmiş hüquqdur: “ “Ərəb baharı” da bunu sübut elədi ki, insan hüquqları ən yüksək ali dəyərlərdən biridir”.
Yüksək səviyyəli görüşlərdə də Azərbaycanın insan hüquqları sahəsindəki öhdəliklərini bir daha xatırlatdığını bəyan edən R. Kobia bütün bu prinsiplərin Azərbaycan qanunvericiliyində də öz yerini tapdığını bildirib. Avropa ittifaqı rəsmisi onu da bildirib ki, Azərbaycan fiziki mənada gözəlləşməsinin fonunda sosial sahədə də gözəlləşməlidir: “Avropa ittifaqı Azərbaycanda bəzi məsələlərlə bağlı narahatdır. İstəyirik ki, Ombudsman Aparatı bu sahədə bir sıra işlər görsün”.
R. Kobia onu da vurğulayıb ki, Avropa İttifaqı Azərbaycanla əməkdaşlığa çox ciddi önəm verir və bu qurum bütün tərəfdaşlarına dəyər verir.
Tvinniq layihəsinin Almaniya üzrə rəhbəri Frauke Seidensticker bildirdi ki, Almaniya və Azərbaycanın insan hüquqları təsisatları nümayəndələri yaxından əməkdaşlıq edir və bir-bir ilə sıx əlaqə saxlayır. O, Tvinniq layihəsindəki tərəfdaşları barədə məlumat verərək, bu layihənin əhatə etdiyi məsələləri sadaladı.
Konfrans davam edir.
Anar Gəraylı