Prezident İlham Əliyev Şabranda bir sıra obyektlərin açılışına qatılıb
15 avqust 2011 19:04 (UTC +04:00)

Prezident İlham Əliyev Şabranda bir sıra obyektlərin açılışına qatılıb

0
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, əvvəllər kinoteatr kimi fəaliyyət göstərən binanın əsaslı təmirinə 2007-ci ildən başlanılıb. Sahəsi 580 kvadratmetr olan sarayda aparılan yenidənqurma zamanı işlərin yüksək səviyyədə görülməsinə maksimum diqqət yetirilib. 320 nəfərlik zalda müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılıb, müasir akustika sistemi quraşdırılıb.


Bu gün prezident İlham Əliyev, həmçinin, Şabran Tarix-Diyarşünaslıq Muzeyinin əsaslı təmirdən sonra açılışında da iştirak edib. Muzeydə qədim Şabranın tarixini əks etdirən və turistlər üçün də maraq doğuran çoxlu eksponatlar var. Ümumilikdə, Şabran rayonunda 150-dək tarixi abidə qeydiyyatdadır ki, onlardan ən möhtəşəmi qədim Şabran və Çıraqqala abidələridir.
Muzeyin həyətində Şabranın qədim tarixini əks etdirən daş eksponatlar, o cümlədən rayonda aparılan arxeoloji qazıntılar nəticəsində tapılan müxtəlif növ əşyalar nümayiş etdirilir. Muzeydəki eksponatlar arasında Şabranın xəritəsi, rayon haqqında ümumi məlumatlar və dövlət atributları yer alıb.


Onu da bildirək ki, Heydər Əliyevin 2003-cü ildə imzaladığı Sərəncama əsasən, Dəvəçi rayonu ərazisindəki qədim Şabran şəhəri tarix və mədəniyyət abidəsi kimi qoruq elan edilib.
Muzeydə Şabranın tarixini, mədəniyyətini əks etdirən 3 min 572 eksponat nümayiş olunur. Eksponatların bir çoxu şəhərdə aparılmış arxeoloji qazıntılar zamanı tapılıb.
Görülən işləri yüksək qiymətləndirən prezident İlham Əliyev Şabran Tarix-Diyarşünaslıq Muzeyinin daha da zənginləşdirilməsi barədə tapşırıq və tövsiyələrini verib.


Dövlət başçısı Şabrana səfəri zamanı şəhərdə yerləşən Məmmədağa Nəzirov adına mədəniyyət və istirahət parkında olub. Məmmədağa Nəzirov İkinci Dünya müharibəsində faşizm üzərində qələbəyə tarixi töhfələrini verən qəhrəmanlardan biridir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 956

Oxşar yazılar