Müsavat Divanının toplantısı keçirilib
15 avqust 2011 16:58 (UTC +04:00)

Müsavat Divanının toplantısı keçirilib

0
Partiyadan Lent.az-a daxil olan məlumata görə, yığıncağın əvvəlində Zaqatala rayon təşkilatının hesabat-seçki konfransı haqqında məlumat verilib.

Gündəliyin ictimai-siyasi vəziyyətə dair bölümündə İctimai Palatanın aprelin 2-də keçirdiyi mitinqinə görə həbs edilmiş şəxslərin məhkəməsi ilə əlaqədar fikir mübadiləsi aparılıb. Hakimiyyətdən bu məhkəməni dayandırmaq, günahsız insanların azadlığa buraxılması tələb edilib.

Toplantıda, həmçinin, Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusun ofis kimi istifadə edilən evinin sökülməsi haqda da müzakirə aparılıb. Eyni zamanda, Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslının da evinin sökülməsinə cəhd edildiyi, artıq onun bir hissəsinin söküldüyü haqda məlumat verilib.

İclasda, həmçinin, İctimai Palatanın fəaliyyəti haqqında fikir mübadiləsi aparılıb. Onun Zaqatala rayon bölməsinin yaradılması haqqında məlumat dinlənilib.

Qeyd edilib ki, avqust 17-də İctimai Palata Müsavat Partiyasının qərargahında “Avtoritarizmdən demokratiyaya yumşaq keçidin yol xəritəsi” adlı sənədin ictimai müzakirəsini təşkil edəcək.

Sonda cari məsələlərə baxılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 566

Oxşar yazılar