Ankarada “Azərbaycan Günü” qeyd edilib
0
0
Azərbaycanın Türkiyədəki səfirliyindən Lent.az-a daxil olan məlumata görə, tədbir Keçiörən bələdiyyəsi ilə ölkəmizin Ankaradakı səfirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilib.
Tədbir çərçivəsində şənliklərin olduğu ərazidə “Azərbaycan Evi” açılıb. Həmin evdə Azərbaycana xas tarixi, ədəbi, mədəni, iqtisadi əyani təbliğat materialları həm nümayiş etdirilib. Təbliğat materialları, həmçinin, “Azərbaycan Evi”ni ziyarətə gələn tədbir iştirakçılarına paylanılıb. “Azərbaycan Evi”ndə həmçinin ölkəmizi tanıdan video təqdimat da nümayiş etdirilib.
Tədbirin açılışını Keçiören Bələdiyyəsinin sədri Mustafa Ak həyata keçirib. O, öz açılış nitqində iki ölkənin yaxın qardaşlıq əlaqələrindən və bu əlaqələrin daha da möhkəmləndirilməsinin zəruriliyindən bəhs edib.
Daha sonra səfirliyimizin müvəqqəti işlər vəkili Ceyhun Zeynalov çıxışında belə tədbirlərin əhəmiyyətindən bəhs edib.
Ardından Azərbaycan musiqiləri sədası altında Keçiören Bələdiyyəsinin rəqs qrupu ölkəmizə xas müxtəlif rəqslər nümayiş etdirib, Azərbaycan musiqiləri ilə şənliyə qatılan iştirakçılara əyləncəli anlar yaşadıblar.