Ərəb televiziyasında Azərbaycanla bağlı veriliş yayımlanıb
0
0
Azərbaycanın Misirdəki səfirliyindən Lent.az-a daxil olan məlumata görə, verilişdə ölkəmizin Misirdəki səfiri Ş. Abdullayev də iştirak edib.
Səfir Azərbaycanın İslam sivilizasiyasının inkişafına verdiyi töhfələrdən danışaraq, tamaşaçılara Azərbaycanın mədəniyyəti, incəsənəti, ədəbiyyatı, dövlətçilik və müstəqillik tarixi barəsində məlumat verib.
Səfir demokratik və dünyəvi dövlət olan Azərbaycanda dini azadlığın təmin edildiyini və bütün dinlərin nümayəndələrinə öz dini ibadətlərini və adət-ənənələrini sərbəst şəkildə ifadə etməyə və dini ibadət ocaqlarını tikməyə lazımı şərait yaradıldığını bildirib.
Müstəqilliyinin ilk dövrlərindən Azərbaycanın Ermənistanın təcavüzünə məruz qaldığını deyən səfir Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü, Azərbaycanın ərazilərinin iyirmi faizinin işğal olunduğunu qeyd edib. O, Xocalı faciəsi və ermənilərin mülki Azərbaycan əhalisinə qarşı törətdikləri vəhşilik və qəddarlıqlar barəsində geniş məlumat verib.
Özünü riyakarcasına ərəb və İslam dünyasının “dostu” adlandıran ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərində məscidləri və İslam dini və mədəniyyətinə aid abidələri kütləvi məhvə və təhqirə məruz qoyduqlarını, nadir Quran nümunələrini və digər dəyərli dini kitabları yandırdıqları barəsində faktları tamaşaçılara təqdim edən səfir ərəb-İslam dünyasının ictimai rəyini bu vəhşiliyə biganə qalmamağa çağırıb.
Səfir Ramazan ayı münasibətilə dünya müsəlmanlarını təbrik edib və Ramazan ayının, həmçinin, Ramazan bayramının Azərbaycanda qeyd olunması ənənələri haqqında televiziya tamaşaçılarına məlumat verib.
Veriliş çərçivəsində televiziya tamaşaçılarına Azərbaycan haqqında suallar verilib və sualları düzgün cavablandıran 20-dən artıq tamaşaçıya ölkəmizin Misirdəki Səfirliyi tərəfindən hədiyyələr verilib.